Türkiyədə iki tondan çox narkotik ələ keçirilib, 424 nəfər saxlanılıb
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyədə narkotacirlərə qarşı əməliyyat keçirilib, 2 tondan çox uyuşdurucu ələ keçirilib, 424 nəfər saxlanılıb.
Moderator.az "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) 71 vilayətdə narkotik maddə satıcılarına qarşı son 10 gündə keçirilən əməliyyatlarda 2 ton 367 kilo 634 qram narkotik maddənin ələ keçirildiyini, saxlanılan 894 şübhəlidən 424-nün həbs olunduğunu açıqlayıb.
Adana, Adıyaman, Afyonkarahisar, Ağrı, Aksaray, Amasya, Ankara, Antalya, Aydın, Balıkesir, Bartın, Batman, Bayburt, Bingöl, Bitlis, Bolu, Burdur, Bursa, Çanakkale, Çankırı, Çorum, Denizli, Diyarbakır, Düzce, Edirne, Elazığ, Eskişehir, Gaziantep, Giresun, Hakkari, Hatay, Iğdır, Isparta, İstanbul, İzmir, Kahramanmaraş, Karaman, Kars, Kayseri, Kırıkkale, Kırklareli, Kilis, Kocaeli, Konya, Kütahya, Malatya, Manisa, Mardin, Mersin, Muğla, Muş, Nevşehir, Niğde, Ordu, Osmaniye, Rize, Sakarya, Samsun, Siirt, Sinop, Sivas, Şanlıurfa, Şırnak, Tekirdağ, Tokat, Trabzon, Uşak, Van, Yalova, Yozgat və Zonguldakdakı əməliyyatlara 345 qrup, 3 min 360 nəfərlik şəxsi heyət, 11 hava vasitəsi və 43 narkotik detektor iti cəlb olunub.
Əməliyyatlarda 2 ton 367 kilo 634 qram narkotik maddə ilə 4 milyon 34 min 459 narkotik həb ələ keçirilib. Narkotik maddələr arasında 1 ton 917 kilo sintetik əcza xammalı da yer alıb.
Saxlanılan 894 şübhəlidən 424-ü həbs edildiyi halda, 93-ü barəsində məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Digər şübhəlilərlə bağlı prosedurlar davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 07 Sentyabr 2026 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















