Türkiyədə narkotik əməliyyatı keçirilib 40 nəfər saxlanılıb
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən qanunsuz narkotik əməliyyatları zamanı 40 nəfər həbs edilib.
"Haber Global" xəbər verir ki, oktyabrın 25-dən 31-dək polis əməkdaşları şəhərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib.
Bildirilib ki, araşdırma nəticəsində ümumilikdə 109 şübhəli saxlanılıb: "Şübhəlilərdən 40-ı barəsində həbs qərarı verilib. Digər şəxslərlə bağlı hüquqi prosedurlar davam edir".
Əməliyyatlar zamanı müxtəlif növ və miqdarda narkotik vasitələr, 1 ədəd tapança, 24 ov tüfəngi patronu, həmçinin 159 min 475 Türkiyə lirəsi (təxminən 5 442 manat) aşkarlanaraq götürülüb.
Bu mövzuda digər xəbərlər:Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı: 17 nəfər saxlanılıb
17 Fevral 2026 11:00
Türkiyədə FETÖ əməliyyatı: 16 nəfər saxlanılıb
21 Noyabr 2024 21:24
Türkiyədə İŞİD əməliyyatı: 89 nəfər saxlanılıb VİDEO
16 Aprel 2025 11:03
Türkiyədə İŞİD əməliyyatı: 161 nəfər saxlanılıb VİDEO
12 Sentyabr 2025 14:57
Türkiyədə narkotik əməliyyatı: Saxlanılanlar var
16 Noyabr 2024 16:06
Baxış sayı:129
Bu xəbər 01 Noyabr 2026 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















