Türkiyədə iki zəncirvari qəzada 1 nəfər ölüb, 51 nəfər yaralanıb
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
...Türkiyənin şərqində iki zəncirvari qəzada bir nəfər ölüb, 51 nəfər yaralanıb.
SİA-nın məlumatına görə, Türkiyənin NTV Haber telekanalı xəbər verir ki, Van Erciş şosesində 30-a yaxın avtomobil toqquşub.
...Van Ergis şosesində 30-a yaxın avtomobilin iştirakı ilə iki ayrı zəncirvari yol qəzası baş verib. Bölgəyə səhiyyə, jandarma, polis, AFAD (Türkiyə Fövqəladə Hallarla Mübarizə Təşkilatı - Red.) və yanğınsöndürmə briqadalarından ibarət qruplar göndərilib, - deyə məlumatda bildirilir.
Bölgə valisi Ozan Balcının sözlərinə görə, buna səbəb qatı duman və yolda gizli buz bağlaması olub. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Dörd nəfərin vəziyyəti xüsusilə ağırdır.
Qəzada iştirak edən bütün avtomobillər yoldan çıxarıldıqdan sonra yolun hərəkət hissəsi bir zolaqdan hərəkətə açıldığı dəqiqləşdirilir.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 10 Dekabr 2024 20:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















