Türkiyədə kanal rəhbəri saxlanıldı Qrup halında əxlaqsızlıq ediblərmiş FOTO
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
İstanbulda jurnalist Mehmet Akif Ersoy narkotik işi çərçivəsində həbs olunub.
Milli.Az xəbər verir ki, İstanbulda aparılan narkotik istintaqı çərçivəsində jurnalist Mehmet Akif Ersoy və daha üç nəfər həbs edilib.
Şübhəlilərin həbsi barədə qərar Respublika Baş Prokurorluğunun təqdimatı əsasında çıxarılıb.
İstintaq materiallarında şübhəlilərin mənzillərində narkotik istifadəsinə şərait yaratdıqları və bəzi şəxslərlə bağlı qrup halında əxlaqsız hərəkətlərin qeydə alındığı bildirilir. Prokurorluğun sənədində bu davranışların maddi və peşəkar üstünlüklər əldə etmək üçün istifadə olunduğu iddia olunur.
Ersoyun həbsi ilə bağlı TMSF qərar qəbul edərək onu Habertürk TV-nin baş redaktoru vəzifəsindən uzaqlaşdırıb. Kanalın açıqlamasında istintaqın normal davam etməsi üçün bu addımın atıldığı qeyd olunub.
Hadisədən bir neçə gün əvvəl televiziya aparıcıları Ela Rumeysa Cebeci, Hande Sarıoğlu və Meltem Acet də eyni iş üzrə ifadə vermiş, tibbi testlərdən sonra sərbəst buraxılmışdı.
TCK-nın 188 və 191-ci maddələri üzrə aparılan araşdırma davam edir. Prokurorluq əldə olunan rəqəmsal məlumatların analizindən sonra yeni şəxslərin də ifadəyə çağırıla biləcəyini istisna etmir.
İsmayıl
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 11 Dekabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















