Icma.az
close
up
RU
Türkiyədə klub prezidenti və 25 futbolçu danışılmış oyunda günahlandırılır!

Türkiyədə klub prezidenti və 25 futbolçu danışılmış oyunda günahlandırılır!

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə futbolunda danışılmış oyunlarla bağlı növbəti qalmaqal yaşanıb. Daha doğrusu, əvvəlcədən razılaşdırılmış ssenariyə bənzəyən oyun 2024-cü ilin aprelin 28-də keçirilsə də, bu ''şouda'' əməyi olanlar yalnız indi Nizam-İntizam Komitəsinə sövq ediliblər.

"Football-plus.az"xəbər verir ki, söhbət qeyd olunan tarixdə 2-ci liqa, yəni 3-cü divizionun ağ qrupunda baş tutan ''Nazilli Bələdiyəspor'' - ''Ankaraspor'' oyunundan gedir.
Türkiyə Futbol Federasiyasının rəsmi ''yutub'' səhifəsindən canlı yayınlanan və qolsuz başa çatan oyunda qeyri-adi göstəricilər ortaya çıxmışdı. Meydan sahiblərinə liqada qalmaq üçün 1 xalın kifayət etdiyi oyunda komandalardan heç biri 90 dəqiqə ərzində qapıya zərbə endirməmiş və matçda cəmi 2 künc zərbəsi yerinə yetirilmişdi. Bundan başqa heç bir futbolçuya vərəqə göstərilmədiyi görüşdə meydan sahibləri cəmi 5, qonaqlar isə 10 dəfə qaydanı pozmuşdular. Təxminən 16 aydan sonra bu oyunda yaşananlar TFF-yə şübhəli gəldi və qurumun rəsmi açıqlamasında ''Nazilli Bələdiyəspor''un başqanı Şahin Kaya da daxil olmaqla klubun 25 futbolçusu, məşqçilər korpusunun 1 üzvü, eləcə də 2 masajçı bu oyuna pul qoyuluşunda günahlandırılaraq NİK-ə sövq edilib. Klubun və adı keçən şəxslərin günahı sübuta yetirilsə, onları 56 və 57-ci maddələrlə çox sərt cəzalar gözləyir.
Klub özü aşağı diviziona göndərilə, iştirakçılar isə ömürlük futboldan kənarlaşdırıla bilərlər. Amma ''Nazilli Bələdiyəspor''un prezidenti Şahin Kaya iddiaları qətiyyətlə rədd edib:

''Prokurorluğun sübut tapa bilmədiyi dosye az qala iki ildən sonra yenidən açıldı. Yəni prokurorluq bu matçda şübhəli bir duruma rast gəlməyibsə, deməli bunun yenidən gündəmə gətirilməsinin altında başqa məqsədlər var. ''Futbolda təmiz əllər'' əməliyyatına başlamaq istəyirlərsə, ölkənin bütün prokurorlarını bu işə dəvət edirəm. Nə varsa, ortaya çıxsın. Həmin oyuna rəsmi bukmeker kontorları pul qoyuluşu qəbul etməmişdi. Siyahıdan çıxarmışdılar. Belədə biz hara pul qoyuluşu edə bilərdik? Pulu xarici kontorlara qoymaqda ittiham olunmağımız gülməlidi. Kim oynayıb? Nə vaxt oynayıb? Ortada heç bir sübut yoxdu. Hesablarımız həmin gündən bu yana təqib edilirdi. Ortaya şübhəli heç nə çıxmadı. Üstəlik hakimlər briqadası və hakim inspektor da oyunda şübhəli heç nəyin olmadığını bildiriblər. Bütün bunların fonunda bu qədər vaxtdan sonra NİK-ə sövq edilməyimiz inanılmazdı. Oyun alıb-satan biz yox, ''Zonguldakspor'' idi. Onların həmin mövsümdə son 7-8 matçını araşdırın. Hamısını pulla almışdılar. Amma xeyri olmadı və bizdən 1 xal geri qalıb aşağı liqaya düşdülər. TFF başqanı İbrahim Hacıosmanoğlu ilə görüşəcəm. Bu məsələni sona qədər təqib edəcəyik. Klubun vəkilləri bütün lazımi prosesləri həyata keçirir. Bizim qorxumuz yoxdu və bu məsələdən alnıaçıq şəkildə çıxacağımıza əminəm''.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 Avqust 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see181

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see179

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see157

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see142

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see135

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri