Icma.az
close
up
RU
Türkiyədə lüks hoteldə gizli otaq qalmaqalı: Can Yaman və digər məşhurlar diqqət mərkəzində VİDEO

Türkiyədə lüks hoteldə gizli otaq qalmaqalı: Can Yaman və digər məşhurlar diqqət mərkəzində VİDEO

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin İstanbul şəhərində gecə klublarına edilən basqınlar zamanı gözlənilməz hadisə baş verib. Daha əvvəl barəsində saxlanılma qərarı olmayan məşhur aktyor Can Yaman gecə klubunda axtarış zamanı üzərində narkotik maddə aşkarlandıqdan sonra saxlanılıb.
Bu barədə Demokrat.az "Hürriyet" nəşrinə istinadən məlumat verir.
Məlumata görə, İstanbul Prokurorluğunun koordinasiyası ilə ötən gecə şəhərin müxtəlif yerlərindəki doqquz lüks gecə klubunda eyni vaxtda əməliyyat keçirilib. "Klein Phönix" və "Bebek Hotel" kimi məşhur məkanları hədəf alan basqınlarda İstanbul Narkotik Cinayətləri ilə Mübarizə İdarəsi və jandarm qrupları iştirak edib. Təxminən 100 polis məkanların giriş-çıxışlarını bağlayaraq ətraflı axtarışlar aparıb.
Qeyd edilir ki, prokurorluq Can Yaman barəsində birbaşa saxlanılma orderi verməyibmiş. Lakin gecə klubunda axtarış zamanı məkanda olan aktyorun üzərindən narkotik maddə tapılıb və bu da onun saxlanılmasına səbəb olub.
Türkiyə KİV-in yazdığına görə, aktyorlar Can Yaman və Selen Görgüzel ilə yanaşı, aralarında Ayşe Sağlam, Ceren Alper və yutuberlərin də olduğu ümumilikdə yeddi nəfər saxlanılıb. Saxlanılanlar arasında "Klein Phönix"in meneceri Burak Fahri Yön və müdiri Ayşe Tarım da var.
Həmçinin daha əvvəl saxlanılan model və aparıcı Melisa Şahinin bu dəfə həbs olunduğu bildirilir. Melisa Şahin "Bu tarz benim" və "İşte benim stilim" realiti-şoularındakı çıxışları ilə tanınırdı. İstanbul Prokurorluğu baş verənlərlə bağlı açıqlama verib.
"İstanbul Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosunun dosyesi çərçivəsində, təlimatlarımıza uyğun olaraq, İstanbul Polis İdarəsinin Narkotik Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən 6 müəssisədə, Jandarm Narkotik Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən isə 1 müəssisədə axtarış və müsadirə əməliyyatı həyata keçirilib. Axtarışlar zamanı narkotik maddə olduğu güman edilən çox miqdarda maye, qalıq maddə, kokain, marixuana, həblər, həssas tərəzi və sursat aşkarlanıb. İstintaq çərçivəsində 7 şübhəli saxlanılıb", - deyə açıqlamada qeyd edilib.
Prodüser Muzaffer Yıldırıma məxsus "Bebek Hotel"ə edilən basqın zamanı hotelin kazinoya çevrildiyi iddia edilib. İddialara görə, Yıldırımın iqamətgahında aparılan axtarış zamanı kazino işçisi, assistent və təmizlik işçisi dəlilləri məhv etməyə çalışarkən saxlanılıbla.
Qeyd olunub ki, prokurorluq hotelin sahibi Muzaffer Yıldırımın bu məkandan narkotik məclisləri üçün istifadə etdiyini iddia edir. Axtarışda iştirak edən 200 jandarm hoteldə "gizli otaq" aşkar edib. Bu otağın səsyazmaların aparıldığı bir yer olduğu ilə bağlı da fikirlər irəli sürülüb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Yanvar 2026 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri