Icma.az
close
up
RU
Türkiyədə meşə yanğınları şiddətlənib Çanaqqala və Tekirdağda kəndlər təxliyə edildi + VİDEO

Türkiyədə meşə yanğınları şiddətlənib Çanaqqala və Tekirdağda kəndlər təxliyə edildi + VİDEO

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyədə meşə yanğınları yenidən şiddətlənib.

Belə ki, bu gün ölkənin bir sıra bölgəsində – Bursa, Manisa, Konya, Bolu, Tekirdağ və Çanaqqalada eyni vaxtda meşə yanğınları baş verib. Xüsusilə Tekirdağ və Çanaqqaladakı yanğınlar sürətlə yayılaraq yaşayış məntəqələrini təhlükə altına alıb.

Tekirdağın Şarköy rayonunda kənd təsərrüfatı sahəsində başlayan yanğın meşəlik əraziyə keçib. Güclü küləyin təsiri ilə alovlar qısa müddətdə yaşayış evlərinə yaxınlaşıb. Şənköy məhəlləsində bəzi evlərə alov sıçrayıb, məhəllə təhlükə səbəbilə təxliyə edilib. Məlumata görə, hazırda yanğına 2 təyyarə, 4 helikopter, çoxsaylı arazöz və texnika ilə müdaxilə edilir.

Çanaqqalanın Ayvacık rayonunun Naldöken kəndində  isəmeşəlik ərazidə başlayan yanğın küləyin təsiri ilə sürətlə yayılıb. Bölgəyə 2 təyyarə, 3 helikopter, 15 arazöz, 16 yanğınsöndürən maşın və ümumilikdə 130 nəfərlik personal cəlb olunub.

Bolu vilayətinin Mudurnu rayonunun Delice kəndində kənd təsərrüfatı sahəsində başlayan yanğın sürətlə geniş əraziyə yayılıb. Səbəbi hələlik bilinməyən yanğına Orman İdarəsinin arazözləri ilə müdaxilə edilir. Manisanın Saruhanlı rayonunda da iki ayrı ərazidə meşə yanğını qeydə alınıb. Apak kəndində başlayan yanğın hava və quru müdaxiləsi ilə qısa müddətdə nəzarət altına alınıb, digər yanğının söndürülməsi isə davam edir.

"AzPolitika.info"


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 İyul 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri