Türkiyədə məşhur aşpaz HƏBS EDİLDİ
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin tanımış aşpazı Somer Sivrioğlu həbs olunub.
Modern.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, "Masterchef" proqramının münsiflər heyətində təmsil olunan aşpaz 5 ildən çox müddətə azadlıqdan məhrum edilib.
O, 2022-ci ildə İstanbulda Etiler məhəlləsində yerləşən restoranın qarşısında baş verən faciəyə görə hakim qarşısına çıxıb. Restoran divarının uçması nəticəsində 1 nəfər həlak olub, 1 nəfər yaralanıb.
Sivrioğlu və onunla bərabər ittiham olunan digər şəxslər divarın uçması nəticəsində insanların ölümü və ya yaralanması ehtimalını nəzərə almadan, təmir və ya gücləndirilmə işlərini aparmadan divarı istifadə etməyə davam ediblər.
Məhkəmə Somer Sivrioğlu barəsində 5 il 6 ay 20 gün həbs qərarı verib.
Baxış sayı:65
Bu xəbər 06 Dekabr 2024 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















