Icma.az
close
up
RU
Türkiyədə nə baş verir? TƏHLİL

Türkiyədə nə baş verir? TƏHLİL

Icma.az, Bakupost saytına istinadən bildirir.


"Dünən CHP-nin keçirdiyi ilkin seçkidə (ön seçim) 15 milyona yaxın vətəndaş iştirak edib, səs verdi.


Ədalət və İnkişaf Partiyasının (AKP) son seçkilərdə (31 mart, 2024 ) Türkiyə miqyasında aldığı səs bələdiyyə başqanlıqları üzrə 16 milyon 300 min, bələdiyyə məclisləri üzrə 14 milyon 800 min olub.


Nəzərə almaq lazımdır ki, CHP üzvü olmayanların ilkin seçkidə iştirakı yalnız son 2 gündə qərarlaşdırıldı və bu barədə lazımi səviyyədə təbliğat aparmağa imkan olmadı. Fiziki şərait də çox məhdud idi, seçki məntəqələri yalnız CHP yerli təşkilatlarının binalarında yaradılmışdı. Buna rəğmən 15 milyon seçici kifayət qədər yüksək rəqəmdir".

Bakupost.az xəbər verir ki, bu fikirləri politoloq Şahin Cəfərli bildirib.

O qeyd edib ki, CHP-nin ilkin seçkisi yeganə iddiaçının təsdiqlənəcəyi partiyadaxili lokal plebissit olacaqkən 19 mart əməliyyatından sonra həm böyük sivil itaətsizlik aksiyasına çevrildi, həm də iqtidar üçün legitimlik mübahisələri yaratdı. Repressiyalar CHP içərisində və ətrafında konsolidasiyaya səbəb oldu:

"Türkiyədə artıq elə vəziyyət yaranıb ki, seçici davranışlarının müəyyənləşməsində ideoloji motivlər arxa plana keçir. Uzunmüddətli hakimiyyətin səbəb olduğu dekonstruksiya, bütün sahələrdə hökm sürən ağır böhran, sosial ədalətsizlik və avtoritar basqı mühiti dəyişikliyə güclü tələbat yaradıb. Gənc nəsillər ildən-ilə seçici hovuzuna daxil olmaqla siyasətin sosiologiyasını dəyişdirir. Cəmiyyətin dəyişiklik tələbi 2023-cü il prezident-parlament seçkiləri ərəfəsində də var idi, o vaxtkı müxalifət liderlərinin bəsirətsizliyi, hətta xəyanəti üzündən gerçəkləşmədi. Müxalif elitanın dəyişməsi cəmi 10 ay sonrakı yerli hakimiyyət seçkisində öz effektini göstərdi. Təsadüfi deyil ki, indi Ankaranın qaranlıq dəhlizlərində CHP-nin son (noyabr, 2023) hesabat-seçki qurultayının nəticələrinin ləğvi yönündə cəhdlər var.

Hazırda dəyişiklik istəyən əhali təbəqələri içərisində CHP-nin ideoloji platformasını bölüşməyənlər də müxalifətin bayraqdarı olduğundan, iqtidar qarşısında onu gücləndirmək ehtiyacı hiss edərək CHP-yə meyllənir. Sol-mərkəzçi CHP bu meyllənmələrə adekvat reaksiya verərək mərkəz sağa açılır, o cümlədən sekulyar-atatürkçü millətçilərə (elita yox, aşağılar səviyyəsində) xitab edərək bütün bu kütlələri öz elektoral hovuzunda toplamağa çalışır. Əkrəm İmamoğlu və Mansur Yavaş fiqurları bu baxımdan qiymətli resursdur.

Əslində bəhs etdiyimiz meyllənməni 1 il əvvəlki seçkilərdə müşahidə etdik, CHP laik-sekulyar kəsimin çoxluqda olduğu meqapolislərlə yanaşı, bəzi mühafizəkar-millətçi Anadolu vilayətlərini də qazanaraq ölkə miqyasında 38%-ə yaxın səs aldı.

Seçici davranışlarındakı bu tendensiya önümüzdəki seçkilərdə də böyük ehtimalla özünü büruzə verəcək: bir şərtlə ki, CHP öz firqəçilik kültürünə uyğun olaraq iç hesablaşmalara sürüklənib, ayağına güllə sıxmasın.

Türkiyə toplumun erkən seçki basqısının iqtidar üzərində getdikcə daha çox hiss ediləcəyi dönəmə daxil olub".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:251
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 24 Mart 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri