Türkiyədə PKK ya görə Konstitusiya dəyişdirilir? RƏSMİ AÇIQLAMA
Icma.az bildirir, Sherg.az portalına istinadən.
Türkiyə PKK terror təşkilatının özünü ləğv etməsi qərarı fonunda yayılan Konstitusiya dəyişikliyinə gedilərək, müstəqil və federal idarəetmə sisteminin yaradılacağı iddiasını təkzib edib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Dezinformasiya ilə Mübarizə Mərkəzinin açıqlamasında bildirilib.
Qurum iddianı “dezinformasiya” adlandırıb. Açıqlamada qeyd olunur ki, dövlətin məqsədi “Terrorsuz Türkiyə” strategiyası ilə PKK-nın tərksilah olması və özünü ləğv etməsi prosesini heç bir danışıqlar və sövdələşməyə əsaslanmadan idarə etməkdir. “Hazırda Türkiyədə Konstitusiya dəyişikliyi ilə bağlı hazırlıqlar sivil, demokratik, azad və inklüziv bir konstitusiya yaratmağa yönəlib. Bu dəyişikliklər, xalqın geniş təbəqələrinə xitab edən daha ədalətli və müasir bir hüquqi sistem qurmağı hədəfləyir”, - qurum vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 12 May 2025 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















