Icma.az
close
up
RU
Türkiyədə növbəti dəfə “yeni Konstitusiya” anonsu...

Türkiyədə növbəti dəfə “yeni Konstitusiya” anonsu...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyədə yeni  Konstitusiyanın qəbul edilməsi zərurəti zaman-zaman gündəmə gəlir. Ancaq bu məsələ hər dəfə müxtəlif səbəblərdən ertələnir. Xatırladaq ki, hakim Ədalət və İnkişaf Partiyası hələ 2021-ci ildə ölkənin yeni Konstitusiyasının layihəsini hazırlayıb təqdim etmişdi. Lakin siyasi partiyalar arasında əsas qanunun dəyişdirilməsi ilə bağlı konsensus əldə olunmamışdı.

Ərdoğan: Biz bu prosesi milli iradəyə söykənərək həyata keçirməliyik

Bugünlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə ölkənin yeni Konstitusiyaya ehtiyacı olduğunu bəyan edib. “Türkiyənin ehtiyaclarına cavab verən, daha demokratik və müasir bir Konstitusiya lazımdır. Biz bu prosesi milli iradəyə söykənərək həyata keçirməliyik”,- deyən Prezidentin sözlərinə görə, yeni əsas qanun cəmiyyətin bütün təbəqələrinin iştirakı ilə, geniş ictimai konsensus əsasında hazırlanmalıdır. “Yeni Konstitusiyanın hazırlanması bir qrupun deyil, bütün millətin işi olmalıdır. Biz birlikdə bu tarixi addımı atmalı və Türkiyəni gələcəyə daha güclü şəkildə aparmalıyıq”, -deyə Ərdoğan vurğulayıb.

Prezident Ərdoğanın bu fikirləri ölkədə siyasi və hüquqi sistemin yenilənməsi istiqamətində yeni bir mərhələnin başlaya biləcəyinə işarə kimi qiymətləndirilir. Xatırladaq ki, Türkiyədə ilk Konstitusiya 1921-ci ildə cümhuriyyətin banisi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə “Teşkilat - ı esasiye kanunu” adı ilə hazırlanaraq qəbul olunub. Həmin sənəd sonrakı dövrlərdə ölkədəki ictimai-siyasi proseslərə uyğun olaraq bir neçə dəfə dəyişdirilmişdi. Türkiyədə hazırda qüvvədə olan Konstitusiya isə 7 noyabr 1982-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilib. Bu Konstitusiyanın layihəsi ölkədə hərbi çevrilişindən sonra hərbi rəhbərliyin əmri ilə Məşvərət Məclisi tərəfindən hazırlanıb və 23 sentyabr 1982-ci ildə Məşvərət Məclisi, 18 oktyabr 1982-ci ildə Milli Təhlükəsizlik Şurası tərəfindən qəbul edilib.

Qüvvədə olan Konstitusiyaya dəyişikliklər edilsə də...

Konstitusiya referendum nəticəsində 91,37 faiz lehinə olmaqla qəbul olunub. Konstitusiyanın ilk üç maddəsinin dəyişdirilməsi və ona dəyişiklik təklif edilməsi dördüncü maddə ilə qadağandır. Türkiyə konstitusiyasına 1987-ci, 2007-ci, 2010-cu, 2017-ci illərdə dəyişiklik edilib. Konstitusiyada 7 bölmə, 177 maddə və 16 müvəqqəti maddə var. 1982-ci il Konstitusiyası, əsasən, 12 sentyabr 1980-ci il tarixindən əvvəl ortaya çıxan problemləri aradan qaldırmaq və qanunların icrası zamanı yaranan narahatlıqlara son vermək üçün hazırlanmış əsas hüquqi aktdır. O dövrdə əsas çağırışlardan biri dövlətin gücləndirilməsi ilə bağlı idi. Ana Yasada bu məqama xüsusi diqqət çəkilib. Belə ki, əsas qanunda dövlətin güclənməsi onun icraedici gücü ilə əlaqələndirilib, hətta dövlətin fövqəladə hallarda Konstitusiyaya zidd qanunlar qəbul etməsinə belə icazə verilib. İcraedici orqanların qərarlarına mühakimə orqanı nə qədər nəzarət etsə də, hökumətin hətta insan hüquqlarına qarşı olan qərarlar qəbul etməsinə də şərait yaradılıb.

İlyas Hüseynov:  Türkiyə daha demokratik və müasir  dövlətə çevriləcək

Bəs yeni Konstitusiya Türkiyə üçün nə vəd edir? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, konstitusiya hər bir ölkənin idarə edilməsində, dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsində, hüquqi dövlət quruculuğu prosesində ən önəmli sənəddir. Bu baxımdan, labüd olan inkişaf bəzi məqamlarda müəyyən hüquqi sənədlərin də yenilənməsini, müasir tələblərə uyğunlaşdırılmasını tələb edir. Yeni konstitusiyanın qəbulu və ya ona hər hansı bir dəyişiklik, əlavə isə yalnız ümumxalq səsverməsi - referendum yolu ilə baş tutur. Təbii ki, indiki halda Türkiyədə Ana Yasanın dəyişdirilməsi və ya yenidən qəbulu bu bağlı məsələ qarşıdakı perspektivdə ölkənin daha uğurlu inkişafının təmininə yönəlib.

Politoloqun sözlərinə görə, Türkiyə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə ötən illər ərzində böyük inkişaf yolu keçib: “Bu gün qardaş olkə regional liderlikdən çıxaraq qlobal aktora çevrilib, Yaxın Şərqdə dominant rolu və ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb. PKK terror təşkilatının özünü buraxması da burada vacib faktordur. Türkiyə dünyada bir sıra münaqişələrin həllinə özünün ədalətli yanaşmaları ilə sanballı töhfələrini verir ki, bunun da arxasında həm də güc amili dayanır. Suriyada baş verən proseslərdə, bu ölkədəki yeniliklərdə Türkiyənin böyük təsiri var”.

Həmsöhbətimizin fikrincə, hazırkı inkişaf mərhələsi və qarşıdakı hədəflər  yeni çağırışlar diqtə edir. Lakin Əsas Qanundakı bəzi məhdudiyyətlər bu çağırşları qarşılamağa imkan vermir. “Türkiyə hakimiyyətinin bəyan etdiyi kimi, ölkənin bundan sonrakı yolu demokratiya və qanunun aliliyi yoludur. Son prezident seçkilərində qardaş ölkə dünyaya bir demokratiya dərsi verdi. Müasir Türkiyənin demokratik imici Konstitusiya qaydasında da möhkəm şəkildə təsbit edilməlidir. Konstitusiya islahatları aparmaq istəyən Ərdoğan iqtidarı Türkiyəni dünyaya daha müasir və  demokratik dövlət kimi təqdim etmək niyyətindədir”,-deyə İ.Hüseynov vurğulayıb.

Nardar BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 May 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see145

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see130

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see129

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see128

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see126

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri