Türkiyədə Rəsulzadəyə həsr olunan kitab təqdim edildi FOTO
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhmədin Məhəmməd Əmin Rəsulzadənin doğumunun 140-cı ildönümünə ithaf etdiyi kitabının təqdimat mərasimi keçirilib.
Gununsesi.info xəbər verir ki, tədbir Ankarada yerləşən Azaflı Sosial Yardım və Kültür Dərnəyində baş tutub.
Bildirilib ki, Azərbaycan Diasporuna Dəstək Fondunun layihəsi əsasında işıq üzü görən əsər Rəsulzadənin Türkiyə həyatı ilə bağlıdır.
Təqdimatda tanınmış türk ziyalılar iştirak ediblər.
Tədbirdən öncə M.Ə.Rəsulzadə ilə bağlı qısa film təqdim edilib, ardınca təşkilatın sədri vəkil Arzuman Azaflı Rəsulzadənin tariximizdəki yeri barədə məlumat verib.
Daha sonra tarixçi Dilqəm Əhməd sözügedən kitab haqqında danışıb, bu yaxınlarda auksiondan əldə etdiyi Rəsulzadəyə dair nadir fotoşəkli ilk dəfə olaraq təqdim edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 09 Mart 2025 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















