Icma.az
close
up
RU
“Vətənim” verilişi Məhəmməd Əmin Rəsulzadənin yadigarı Azər Rəsulzadəyə həsr olunub

“Vətənim” verilişi Məhəmməd Əmin Rəsulzadənin yadigarı Azər Rəsulzadəyə həsr olunub

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Mədəniyyət kanalında “Vətənim” verilişinin Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin oğlu Azər Rəsulzadəyə həsr olunan ilk buraxılışı yayımlanıb.

Redaktor.az xəbər verir ki, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında efirə gedən verilişdə 1918-1920-ci illərdə Azərbaycanda baş verən ictimai-siyasi hadisələrdən, AXC-nin süqutundan sonra bir müddət Moskvada – Rusiyada yaşamağa məcbur olan böyük türk oglu, milli ideoloq Məhəmməd Əmin Rəsulzadənin taleyindən, çarizmin təqiblərinə məruz qalmasından bəhs olunub.

Bildirilib ki, Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşayıb və mübarizə aparıb.

“Məhəmməd Əmin Rəsulzadənin bütün həyatı Azərbaycanın azadlığına, istiqlalına həsr edilib və o, dünyadan köçəndə üç dəfə “Azərbaycan” sözünü işlədib”, - deyən akademik Rafael Hüseynov görkəmli dövlət xadiminin ailəsinə, əzizlərinə də vətəndə yaşamağa macal verilmədiyini, oğlu Rəsulun 18 yaşında məhv edildiyini söyləyib. Qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadə həbsdə olarkən onun 1920-ci ildə daha bir oğlu doğulub. İlk və son dəfə gördüyü körpəsini həyatının ən əziz sözü ilə adlandıraraq ona Azər adını qoyub.

Diqqətə çatdırılıb ki, 1918-ci ilin sentyabr ayında Bakı azad edildikdən və Milli hökumət Gəncədən Bakıya köçdükdən sonra AXC Nazirlər Kabineti “Metropol” adlanan indiki Ədəbiyyat Muzeyində yerləşib. Hökumət üzvləri burada həm yaşayıb, həm də fəaliyyət göstəriblər. Nazirlər Kabinetinin iclasları muzeyin hazırda “İstiqlal” zalı adlanan tarixi məkanında keçirilib, ölkə həyatını nizamlayan ən vacib qərarlar məhz bu tarixi məkanda qəbul olunub. Həmin iclaslarda, qızğın mübarizələrlə dolu topantılarda Məhəmməd Əmin Rəsulzadə də iştirak edib. Həmin iclasların, köhnə illərin stenoqramları muzeydə qalıb. Mübahisələrdə isə əsas iki şəxs - Əliheydər Qarayev və Məhəmməd Əmin Rəsulzadə üzbəüz olub.

Akademik Rafael Hüseynov vurğulayıb ki, Məhəmməd Əmin Rəsulzadə Stalin onu Moskvaya apararkən evə gedib və ailəsi ilə görüşə bilib. İki aylıq uşağın adını dəyişib (əvvəl adı Əliheydər olub) Azər qoyub. Tale elə gətirib ki, ömrü boyu Azər Azərbaycana həsrət qalıb, vətənə ara-sıra xəlvəti gəlib. Bir müddət anası ilə, ailə üzvləri ilə Gəncədə həbsxana divarları arasında qalıb. Yaşadığı müddətcə daşıdığı soyadın işığı və o soyadın gətirdiyi nisgillər həmişə Azərlə qalıb.

Qeyd olunub ki, Azər Rəsulzadəyə bütün ömrünü vətəndən uzaqlarda, sürgündə - Qazaxıstanda yaşamaq nəsib oldu. Ömrü boyu o, Məhəmməd Əmin Rəsulzadənin oğlu olmağın şərəfini, qürurunu da, əzablarını da yaşayıb. Azər atası Məhəmməd Əmin Rəsulzadənin böyük ruhunu, istiqlal eşqini, Azərbaycan sevgisini öz varlığında sonuna qədər daşıyıb və heç zaman Rəsulzadənin oğlu olmaq məsuliyyətini unutmayıb. Azər bütöv bir ömrü Məhəmməd Əmin Rəsulzadənin oğlu kimi yaşayıb.

Azər Rəsulzadədə yazı yazaqla yanaşı, böyük rəssamlıq istedadının da olduğunu söyləyən Rafael Hüseynov onun şanlı soyadı daşıdığı üçün bir rəssam kimi layiq olduğu zirvələrdə qərarlaşmadığını deyib.

Verilişdə Azər Rəsulzadənin oğlu Rais Rəsulzadə atasının başına gələn hadisələrdən danışıb, onunla bağlı xatirələrini bölüşüb.

Akademik Rafael Hüseynov 1917-ci ildə bağlanmış və M.Ə.Rəsulzadənin ilk dəfə sinsinə götürdüyü tarın Azərlə daimi yol yoldaşı olduğunu bildirib. O, həmin qoca tarın vətəndən uzaqlarda Azər üçün həm hayan olduğunu və həm də Azərbaycanı tanıtmaq üçün dəyərli vasitə olduğunu vurğulayıb.

Verilişdə, həmçinin Azər Rəsulzadənin arxiv videogörüntüləri yayımlanıb.

“Vətənim” verilişini buradan izləyə bilərsiniz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Fevral 2025 20:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri