Türkiyədə SES lərdə elektrik enerjisi istehsalı rekord həddə çatdı
Icma.az, Bizim media saytına istinadən bildirir.
Bu ilin may ayında Türkiyədə su elektrik stansiyalarında (SES) 11,71 milyard kVt-saat elektrik enerjisi istehsal edilib. Bu göstərici müşahidələr tarixində rekord səviyyə hesab olunur.
Bizim.Media xəbər verir ki, Türkiyədə su elektrik stansiyalarının istehsalı yazda yağan güclü yağıntılar səbəbindən pik həddə çatıb.
May ayında SES-lərin payına Türkiyədə istehsal olunan ümumi elektrik enerjisinin 43,1 faizi düşüb. Ölkənin elektrik enerjisi istehsalının daha 22,5 faizi isə külək və Günəş elektrik stansiyaları hesabına təmin olunub.
Ümumilikdə, 2026-cı ilin yanvar–may aylarında Türkiyədə su elektrik stansiyalarında 46,4 milyard kVt-saat, külək elektrik stansiyalarında 18 milyard kVt-saat, Günəş elektrik stansiyalarında isə 14,2 milyard kVt-saat elektrik enerjisi istehsal olunub.
Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar su elektrik stansiyalarını Türkiyə energetikasının “hərəkətverici qüvvəsi” adlandırıb. “Türkiyənin rifahı naminə resurslardan səmərəli yararlanmaqla ölkənin unikal enerji potensialından istifadə etməyə çalışırıq”, - deyə nazir vurğulayıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 21 İyun 2026 21:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















