Icma.az
close
up
RU
Türkiyədə günəş enerjisi istehsalı rekord həddə çatıb

Türkiyədə günəş enerjisi istehsalı rekord həddə çatıb

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Türkiyədə günəş enerjisindən elektrik istehsalı iyul ayında aylıq olaraq 5,37 milyard kilovat-saatla rekord həddə çatıb.

Enerji və Təbii Sərvətlər Nazirliyinin açıqlamasına görə, Türkiyənin iyul ayında ümumi elektrik enerjisi istehsalı 34,6 milyard kilovat-saat təşkil edib. Ötən ay elektrik enerjisi istehsalında ən yüksək pay 26,2 faizlə su elektrik stansiyalarından (SES) olub. Bu dövrdə SES-lərdən 9,07 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.

Anadolu Agentliyinin məlumatına görə, iyun ayında aylıq olaraq 4,99 milyard kilovat-saatla bütün zamanların ən yüksək həddini keçən günəş enerjisindən elektrik enerjisi istehsalı iyul ayında yeni rekord qırıb. Günəş enerjisindən elektrik enerjisi istehsalı iyul ayında 5,37 milyard kilovat-saata çatıb ki, bu da ümumi elektrik enerjisi istehsalının 15,5bfaizini təşkil edib.

Bu dövrdə bərpa olunan mənbələrdən 20,14 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu da ümumi elektrik enerjisi istehsalının 58,2 faizini təşkil edib. Elektrik enerjisi istehsalı da iyul ayında aylıq olaraq 24,75 milyard kilovat-saatla rekord həddə çatıb. Ümumi elektrik enerjisi istehsalında daxili mənbələrin payı 71,5 faiz olaraq hesablanıb.

İyul ayında günəş və külək enerjisində də gündəlik olaraq rekord istehsal səviyyələri müşahidə olunub. 19 iyulda günəş enerjisindən 189.680 meqavat-saat elektrik enerjisi istehsal edilib ki, bu da gündəlik olaraq rekord həddə çatıb.

Külək enerjisində isə iyul ayı ərzində ümumilikdə 4,16 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib. 30 iyulda külək enerjisi istehsalı rekord həddə - gündə 265.512 meqavat-saata yüksəlib.

Bu ilin 1 yanvar - 31 iyul tarixləri arasında hidroelektrik mənbələrindən 66,1 milyard kilovat-saat, küləkdən 25,6 milyard kilovat-saat və günəş enerjisindən 24,6 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib. Bütün bu mənbələr 2000-ci ildən bəri eyni dövrlər üçün ən yüksək istehsal dəyərlərinə çatıb.

İlin ilk 7 ayında məişət mənbələrindən 156 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu da ümumi istehsalın 73,9 faizini təşkil edir.

Türkiyənin Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar sosial media paylaşımında mövzu ilə bağlı bunları bildirib: “Enerji arxitekturamızdakı əsas transformasiya daxili və bərpa olunan resurslarımızla davam edir. İyul ayında elektrik enerjisi istehsalında tarixi ikiqat rekorda imza atdıq, daxili resurslara əsaslanan istehsalımızı 24,75 milyard kilovat-saata, günəş enerjisindən istehsalımızı isə 5,37 milyard kilovat-saata çatdırdıq və aylıq olaraq bütün zamanların ən yüksək həddini keçdik. Xüsusilə günəş enerjisi və daxili resurslarımızda əldə etdiyimiz bu güclü impulsla enerji sahəsində tam müstəqil bir Türkiyə hədəfimizə doğru inamla irəliləməyə davam edirik”.

M.MİRZƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Avqust 2026 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri