Türkiyədə sosial media istifadəçilərinin sayı AÇIQLANDI
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, ölkədə sosial media istifadəçilərinin sayının 58,5 milyona çatdığını bildirib.
Redaktor.az xəbər verir ki, nazir, “We Are Social” və “Meltwater” tərəfindən hazırlanan “Dijital 2025 Türkiye Raporu”na əsaslanaraq rəqəmsal istifadə göstəriciləri ilə bağlı açıqlama verib.
Uraloğlunun sözlərinə görə, Türkiyədə internet istifadəçilərinin sayı 77,3 milyon təşkil edir. Son bir ildə sosial media istifadəçi sayı isə 1,7 faiz artaraq 58,5 milyona yüksəlib. Bu istifadəçilərin 46,6 faizi qadın, 53,4 faizi isə kişilərdən ibarətdir.
Nazir əlavə edib ki, internet istifadəçiləri gündə orta hesabla 7 saat 13 dəqiqə vaxtlarını internetdə keçirirlər. Bunun 2 saat 43 dəqiqəsi sosial mediada sərf olunur. İstifadəçilər ay ərzində orta hesabla 7,6 müxtəlif sosial media platformasından istifadə edirlər.
Kənan YUSİF
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 08 May 2025 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















