Türkiyədə təcili yardıma gələn zənglər: İlon Maskla görüşüb Marsa getmək istəyirəm
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Türkiyənin Kırıkkale şəhərindəki "112" Təcili Yardım Mərkəzinə 2025-ci il ərzində edilən zənglərin böyük hissəsinin əsassız olduğu aşkarlanıb. Ümumilikdə 320 000 zəngin 63%-i fövqəladə vəziyyət kateqoriyasına aid olmayıb.
Oxu.Az bu barədə İHA-ya istinadən məlumat verir.
Məlumata görə, rəsmilər bu zənglərin "112" personalı üçün əhəmiyyətli iş yükü yaratdığını, bəzilərinin isə təəccüb doğurduğunu vurğulayıblar.
Əsassız zəng edənlər arasında təmir edilmiş mobil telefonlarının işləyib-işləmədiyini yoxlamaq istəyənlər, qatar biletlərinin qiymətləri ilə maraqlananlar, maaşlarının bankomatdan çıxarılıb onlara gətirilməsini tələb edənlər və İlon Maskla görüşərək Marsa getmək istədiklərini bildirən şəxslər olub.
Kırıkkale "112" Təcili Yardım Mərkəzinin direktoru Hakan Kapan mərkəzin 7/24 fasiləsiz xidmət göstərdiyini və sistemin düzgün işləməsi üçün xətdən yalnız real fövqəladə hallarda istifadə edilməli olduğunu bildirib.
Kapan xatırladıb ki, qaydalara əsasən, əsassız zəng edənlər 1 500, yalan məlumat verənlər isə 15 000 Türkiyə lirəsi məbləğində cərimə olunurlar, təkrarlanan pozuntulara görə isə bu cərimələr ikiqat artır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:42
Bu xəbər 31 Dekabr 2025 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















