Icma.az
close
up
RU
“Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün quru sərhəddən keçidə icazə verilməlidir” NATİQ CƏFƏRLİ

“Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün quru sərhəddən keçidə icazə verilməlidir” NATİQ CƏFƏRLİ

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Hazırda Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı 45 minə yaxındır. Bu rəqəm həm bakalavr, həm magistratura, həm də doktorantura səviyyələrində təhsil alan tələbələri əhatə edir”.

Gununsesi.info bildirir ki, bunu REAL Partiyasının sədri Natiq Cəfərli deyib:

“Ümumilikdə Türkiyə Statistika Qurumunun (TÜİK) rəsmi məlumatlarına əsasən, Türkiyədə rəsmi yaşayış icazəsi (ikamet izni) ilə yaşayan Azərbaycan vətəndaşlarının sayı 71 min nəfərə yaxındır.

Yay tətili başlayır, Türkiyə artıq ucuz ölkə deyil, bahalıqdır, tələbələrin 2 ay tətil zamanı Türkiyədə qalmaları baha başa gəlir, yay tətilində iş tapmayanlar vətənə dönmək, öz ailəsini görmək, heç olmasa, 2 ay xərclərini azaltmaq istəyirlər.

Son 6 ildə dəfələrlə bu problemi qaldırmışıq, bu il yenə məsələ aktuallaşıb – quru sərhədlərin anlaşılmaz bağlı qalması tələblər üçün əlavə yükdür, təyyarə biletləri çox bahadır, yayda təlabat artır deyə, qiymətlər də yüksəlir.

Naxçıvanda qeydiyyatda olanlar üçün Türkiyə ilə quru sərhədlər açıqdır – bu doğrudur, çünki naxçıvanlılar üçün sərhədin açıq olması lazımdır. Amma, bu vətəndaşlar arasında qeyri-bərabərlik yaradır – bu məsələdə, heç olmasa, tələbələr üçün şərait yaradılmalıdır. Təsəvvür edin ki, eyni Universitetdə 2 azərbaycanlı oxuyur, biri, məsələn, Şəkidə, digəri isə Naxçıvanda qeydiyyatdadır. Naxçıvan qeydiyyatı olan tələbə cəmi 50-60 manat xərc çəkərək Türkiyənin müxtəlif şəhərlərindən evinə gələ bilir, amma şəkili, gəncəli, qubalı, bakılı gələ bilmir – bu ədalətli deyil axı!

Quru sərhədlər tam açılmalıdır – bu heç, amma, heç olmasa Türkiyədə təhsil alan tələbələr üçün Naxçıvandan girişə icazə verilməli, onlar ucuz qiymətə vətənə dönməlidirlər. Naxçıvandan İran ərazisindən keçməklə avtobus marşrutu da var – onlar cəmi 100-120 manata Bakıya gəlib çıxa bilərlər. Bəli, yol uzun, yorucu olur, amma, tələblər gəncdir, onlara vəsaitə qənaət etmək daha vacibdir.

Nazirlər Kabinetinə çağırışım odur ki, lütfən, bu məsələyə baxın, bircə qərarla onminlərlə insanın problemini həll etmiş olarsınız”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 İyun 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see347

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see290

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see284

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see279

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see269

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see264

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see256

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see249

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see237

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see229

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see221

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see203

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see203

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see200

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see196

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see196

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see195

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see194

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see183

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri