Icma.az
close
up
RU
Türkiyədə tətil planı olanların DİQQƏTİNƏ

Türkiyədə tətil planı olanların DİQQƏTİNƏ

Icma.az bildirir, Tribuna portalına istinadən.

Türkiyədə, xüsusilə böyük şəhərlərində və turistik mərkəzlərdə müşahidə olunan kəskin qiymət artımı, xidmət keyfiyyətsizliyi turistlər və biznes səyyahlar arasında narazılıq yaradıb. Turistlər absurd qiymət artımından şikayət edir və bu səbəbdən də hazırda əksər turistik şəhərlər boş qalıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı tur təşkilatçısı, turizm eksperti İlkin Rüstəmzadə paylaşıb. Onun sözlərinə görə, absurd qiymətlər elə Türkiyənin hava limanlarından başlayır. İstanbul, Antalya, İzmirdə də qiymətlər həddən artıq bahadır:

“Turislərə birinci laızm olan həm də taksi xidməti olur ki, qiyməti həddən artıq bahadır. Eyni marşrut üç ay əvvəl 55 dollar tuturdu. Bu dəfə isə 110 dollar ödəmişəm. Sürücü bildirdi ki, körpü və yol tarifləri yenilənib, buna görə də taksi qiymətləri qalxıb”.

Tur təşkilatçısı bildirib ki, baha qiymətə rəğmən təqdim edilən xidmətlər çox aşağı səviyyədədir:
“Hava limanlarında, istirahət yerlərində bütün turistlər bahalıqdan danışır. Meksikalı turist bildirdi ki, bu onun 6-cı və sonuncu səfəridir. Çünki turistləri açıq aşkar soyurlar.
Bodrumda 100 €-ya pizza, 50 €-ya lahmacun satan yerlər var. Bayaq baxıram, Alanyada esnaf qan ağlayır, dükanlar bomboşdu. İngiltərədə artıq TV-lərdə müzakirələr gedir, turizm şirkətləri Türkiyə turlarını toplu satışdan çıxarırlar.
SunExpress aviaşirkəti Türkiyənin səyahət bölgələrinə birbaşa reyslərini 70% azaldır.

Türk otellər avropalılara nə qədər endirim eləsələr də, qiymət elə rəzalətdir ki, avropalı yanındakı Malorcanı, Tenerifeni, yunan adalarını, lap elə Mərakeşi qoyub gəlmək istəmir”.

İ.Rüstəmzadə bildirib ki, hazırda Türkiyəyə gələnlər rus və ərəb turistlərdir:

“Rus gəlir, çünki ona endirim var. Ərəb gəlir, özü də 10 dəfə çox.
Çünki ona vizasızdı, muzeylərə yerli türk qiyməti ödəyir, yerli vətəndaşın endirimlərindən yararlanır.
Həm də ölkə rəsmən ərəbizm ideologiyasındadır, ərəbə də xoş gəlir bu. Ona görə gəlir. Amma yenə deyirəm, bu o demək deyil ki, vəziyyət yaxşıdır.

İstanbulun özündə qiymətlər fantastikdi. Kokoreç 20 manatdır. Əvvəl Mc, Starbucks kimi şəbəkələr Bakıdan 2-3 dəfə ucuz idi burada, indi bizdən bahadır. Dollar olaraq bahadır.

Keçən il 10 dollara aldığın şey indi 50 dollardı. Paltar, geyim İtaliyadan bahadı. Florensiyadaydım 1 həftə əvvəl. Orda adam balası kimi geyinə biləcəyin pula İstanbulda bir krasovka ala bilirsən indi”.

Gülşən Rəsul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 13 İyun 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see329

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see283

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see276

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see268

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see260

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see249

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see221

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see218

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see210

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see207

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see192

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see192

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see185

Qarabağda 3 867 sakin məşğulluğa cəlb edildi

20 Sentyabr 2026 13:28see180

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see179

Türkiyədə Kaşif Kozinoğlunun ölümü ilə bağlı daha 4 nəfər saxlanılıb

20 Sentyabr 2026 06:02see178

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see175

Ermənistandakı Alban kilsləri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib RƏY

20 Sentyabr 2026 16:44see175

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see175

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri