Icma.az
close
up
RU
Türkiyədə zəlzələ nəticəsində dağılmış dini obyektlər bərpa edilir

Türkiyədə zəlzələ nəticəsində dağılmış dini obyektlər bərpa edilir

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Adıyaman, 3 fevral, AZƏRTAC

2023-cü ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələ nəticəsində dağılmış yaşayış və ticarət binaları ilə yanaşı dini obyektlərin bərpası prosesi də davam edir.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə bir sıra məscid və kilsələrin bərpası və restavrasiyası üzrə layihələr həyata keçirilir.

Fevralın 3-də bir qrup jurnalist Adıyaman şəhərində bu cür iki tikinti sahəsinə baş çəkiblər. Onlar tarixi “Ulu cami” məscidi və “Mor Petrus” Assiriya kilsəsinin bərpa olunması layihələri ilə bağlı məlumatlandırılıblar.

Türkiyə vəqflər baş idarəsinin Sənət əsərləri şöbəsinin rəhbəri Şengül Koncagül bildirib ki, hər iki dini obyekt iki il əvvəl güclü zəlzələ nəticəsində dağılıb. Bununla bağlı hökumət tarixi görünüşünü qorumaqla 17-ci əsrə aid “Ulu cami” məscidini və 19-cu əsrə aid Assiriya kilsəsini bərpa etməyə qərar verib.

“Restavrasiya işlərinə məşhur incəsənətşünaslar və memarlar cəlb olunublar. Torpaqdan analiz götürülüb, tikinti materiallarının seçimi və sütunun bərkidilməsi ilə bağlı qərar qəbul olunub. Cari ilin sonuna kimi işlərin təhvil verilməsi planlaşdırılıb”, - deyə o qeyd edib.

Assiriya provoslav kilsəsinin metropoliti Qriqoris Melki Ürek bərpa işləri ilə bağlı minnətdarlığını bildirib.

Onun sözlərinə görə, kiçik xristian icması “Mor Petrus” məbədinin tezliklə bərpa olunmasına ümid edir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Adıyaman

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Fevral 2025 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri