Icma.az
close
up
RU
Türkiyədəki “Azərbaycan” məhəlləsi qardaşlığımızın simvoludur

Türkiyədəki “Azərbaycan” məhəlləsi qardaşlığımızın simvoludur

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tarix böyu türk dövlətləri bir olanda güclü olub, imperiya qurub, dünyanın ən güclü ordularını məğlub edib. Bu gün biz yenidən bu birliyə və onun yaratdığı xarüqələrə, möcüzələrə şahidlik edirik. 2023-cü il fevralın 6-da qardaş Türkiyənin ərazisində baş vermiş dəhşətli zəlzələnin dağıdıcı nəticələrinin cəmi iki il ərzində aradan qaldırılmasını türk birliyinin təbii fəlakət üzərində parlaq qələbəsi adlandırmaq olar. Bu uğurlu nəticələrdə Azərbaycanın da payı var. Zəlzələnin ilk anlarından etibarən Azərbaycanın Türkiyəyə yardım göstərməsi, Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin salınması buna nümunədir. Bu məhəllə qardaşlığımızın, ortaq tariximizin möhtəşəm simvoludur. Ulu Öndər Heydər Əliyevə məxsus “Bir millət, iki dövlət” şüarı bu gün Türkiyə-Azərbaycan münasibətlərinin özülünü təşkil edir. Həm sevincli, həm kədərli günlərdə xalqlarımız, dövlətlərimiz bir yerdədir. Ölkələrimizin liderləri bu birliyi daha da gücləndirir və inkişaf etdirir.

Bunu Modern.az-a Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.

Onun sözlərinə görə, iyunun 19-da dünya növbəti dəfə Azərbaycan-Türkiyə qardaşlığının, müttəfiqliyinin sarsılmazlığına şahidlik etdi: “Azərbaycanın yardımı ilə Kahramanmaraş şəhərində inşa olunan məhəllənin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etdilər. Çıxışında Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Türkiyədə 2023-cü il fevralın 6-da baş vermiş dəhşətli zəlzələ nəticəsində yaşanan faciəni Azərbaycan xalqı öz faciəsi kimi qəbul etdi. Azərbaycan dərhal mindən çox heyəti, o cümlədən axtarış-xilasetmə üzvlərini, könüllüləri, həkimləri Türkiyənin zəlzələ bölgələrinə göndərib. Azərbaycan heyətləri tərəfindən 53 insan dağıntılar altından sağ çıxarılıb, qurulan iki səhra hospitalında 3200 insana Azərbaycan həkimləri tibbi yardım göstərib.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qeyd etdiyi kimi, biz eyni bayrağın kölgəsində dua edən, eyni səccadədə göz yaşı tökən, eyni istiqlal üçün qurban verən bir millətin, iki dövlətin tək ürək daşıyan övladlarıyıq.  Yayılan görüntülərdən də aydın olur ki, Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi bütün Türkiyədə ən mötəbər layihələrindən biridir. Ərazisi 27,6 hektar olan məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılacaq. Burada 2024-cü il sentyabrın 11-də Heydər Əliyev adına ibtidai məktəbin və uşaq bağçasının açılışları olub.  “Azərbaycan” məhəlləsinin Baş planı üzrə 7, 8, 11 və 12-ci kvartalların tikintisi artıq tamamlanıb. 4 kvartalda 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib”.

T.Mirkişili qeyd etdi ki, təbii fəlakət zamanı Heydər Əliyev Fondunun təşəbbüskarlığı, təşkilatçılığı ilə də Türkiyəyə yardımlar həyata keçirildi. Türkiyənin Azərbaycandakı səfirliyinin vətəndaşlarımıza müraciətinə cavab olaraq Bakıda yardım kampaniyası başladı. Əhali könüllü şəkildə, imkanları çərçivəsində mümkün olanı etdilər.  Bu gün Kahramanmaraşda Azərbaycan və Türkiyə bayraqları qoşa dalğalanır. Ortaq tarixə və milli-mənəvi dəyərlərə söykənən səmimi birliyimiz çirkin niyyətli qüvvələrə sarsıdıcı cavabdır. Azərbaycan Prezidenti və xalqımız bir daha sübut etdi ki, hətta ən dəhşətli təbii fəlakət üzərindən məkrli plan quranların və bu oyunda iştirak edənlərin səyləri əbəsdir. Həm xaricdəki, həm də daxildəki bədxahlarımıza bir daha kəsərli ibrət dərsi vermiş olduq.  Azərbaycan-Türkiyə münasibətləri heç zaman indiki qədər isti və güclü olmayıb. Münasibətlərimizin bu həddə çatmasında Lider faktoru önəmli rol oynayır. Müstəqil və qətiyyətli siyasət, ortaq tarixə və milli-mənəvi dəyərlərə bağlılıq bütövlükdə Türk dünyasını gücləndirəcək.  Türk dövlətlərinin birliyi təkcə Avrasiya məkanında deyil, daha geniş coğrafiyada sülhə, təhlükəsizliyə və qarşılıqlı faydalı əməkdaşlığa töhfə verəcəkdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 İyun 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri