Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi regionun gələcək potensialının simvoludur ŞƏRH

Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi regionun gələcək potensialının simvoludur ŞƏRH

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 20 iyun, AZƏRTAC

Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin rəsmi açılışı, Prezident İlham Əliyevin şəxsən bu mərasimdə iştirakı təkcə bir sosial layihənin təqdimatı deyil, geosiyasi mesaj daşıyan bir hadisə kimi dəyərləndirilməlidir. Bu iştirak Azərbaycanın Türkiyəyə olan dostluğunun, qardaşlığının və əsl strateji tərəfdaşlığının növbəti təntənəli təzahürüdür. Zəlzələdən dərhal sonra ilk yardım göndərən dövlətin Prezidentinin bir neçə il sonra həmin torpaqda yenidən dayanması humanitar diplomatiyanın ali səviyyədə rəsmləşdirilməsidir. Bu, həm də Azərbaycan dövlətinin öz beynəlxalq məsuliyyətini necə dərin hiss etdiyini göstərir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.

O bildirib ki, “Azərbaycan” məhəlləsinin açılması zəlzələ kimi bir faciənin içində doğan həmrəyliyin daimi rəmzinə çevrildi. Prezident İlham Əliyevin çıxışı zamanı vurğuladığı “bir millət, iki dövlət” ideyası artıq təkcə siyasi sloqan deyil, konkret şəhərsalma faktıdır. Kahramanmaraş torpağında ucaldılan bu məhəllə Türk dünyasının ruhunun, acını paylaşma mədəniyyətinin və ortaq gələcəyə inamın mərkəzlərindən birinə çevriləcək. Bu layihə ilə Azərbaycan sosial məsuliyyət anlayışını yalnız öz sərhədləri daxilində yox, beynəlxalq miqyasda da praktiki addımlarla ortaya qoydu.

“Məhəllənin tikintisi zamanı tətbiq edilən texnologiya, urbanistik yanaşma və sosial infrastruktur Azərbaycan memarlığının keyfiyyət göstəricisini nümayiş etdirir. Lakin burada əsas məsələ daş və betondan ibarət binalar deyil, orada yaradılan mənəvi bağlardır. Məhəllə təkcə ev deyil, yaddaşdır. Hər divarın arxasında bir xalqa dost əli uzadan dövlətin iradəsi var.

Dövlətimizin başçısının mərasimə qatılması bu layihəyə verdiyi şəxsi önəmin bariz nümunəsidir. Azərbaycan Prezidentinin iştirak etdiyi hər beynəlxalq hadisə diplomatik doktrinanın bir başlıq səhifəsinə çevrilir. Kahramanmaraşda da belə oldu – bu açılış mərasimi region üçün qardaşlığın simvolik aktına, humanitar geosiyasətin real nümunəsinə döndü. Prezident İlham Əliyev çıxışında Azərbaycan-Türkiyə əlaqələrinin zamanın sınaqlarından keçmiş bir dostluq olduğunu xatırlatdı. Bu dostluq yalnız müştərək tarixlə yox, ortaq məsuliyyətlə də möhkəmlənir. Azərbaycan bu gün Cənubi Qafqazda sabitliyin sütunu olduğu kimi, regionun xaricində də sülh və dəstək diplomatiyasını davam etdirir. Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi bu xarici siyasi xəttin sosial infrastrukturla ifadəsidir. Bura təkcə yaşayış üçün deyil, gələcək nəsillərin bir-birini tanıyıb bağ qurması üçün də tikildi. Burada qurulacaq məktəblər, mədəniyyət mərkəzləri, təhsil proqramları iki xalq arasında münasibətlərin davamlılığını təmin edəcək. Bu, həm də zərər çəkmiş ailələr üçün yenidənqurmanın fiziki yox, mənəvi ölçüsüdür. Məhəllənin adında “Azərbaycan” sözünün olması hər gün oradan keçən bir vətəndaşa dost əlinin heç vaxt buraxılmadığını xatırladacaq”, - deyə T. İsmayılov vurğulayıb.

Onun sözlərinə görə, Türkiyədəki zəlzələdən sonra köməyə gələn ilk axtarış-xilasetmə qruplarının, həkim briqadalarının, mühəndis heyətlərinin izləri indi şəhərsalma simasında yaşayır. Bu, sadəcə, təşəkkür deyil, strateji humanitar bağlılığın institutlaşdırılmasıdır. Açılış mərasimi zamanı Azərbaycan Prezidentinin Türkiyə rəhbəri ilə səmimi qarşılıqlı münasibətləri isə sübut etdi ki, bu bağlılıq yalnız xalqdan xalqa deyil, liderdən liderə də bərabər şəkildə inşa edilib. Layihənin davamında bölgədə sosial proqramların, təhsil və iş imkanlarının yaradılması gözlənilir ki, bu da məhəllənin həyatverici ritmini uzunmüddətli hala gətirəcək. Dövlətimizin başçısının bu prosesdə şəxsən iştirakı layihəyə ən yüksək səviyyədə verilən strateji önəmi nümayiş etdirir. Məhəllə təkcə zəlzələnin nəticələrinin yox, həm də regionun gələcək potensialının simvoludur. Azərbaycanın bu təşəbbüsü digər ölkələrə də nümunə ola biləcək bir “humanitar diplomatiya modeli” yaradır.

Kahramanmaraşda açılan “Azərbaycan” məhəlləsi sabahın daha dayanıqlı və mənəvi baxımdan dərinləşmiş Türkiyə-Azərbaycan münasibətlərinin təməl daşlarından biri olacaq. Çünki xalqların dostluğu, yalnız kədərdə deyil, həm də onun ardınca gələn ümiddə həqiqi dəyərini tapır. Məhz bu ümidin ünvanı bu gün Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 İyun 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see282

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see274

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see249

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see239

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see217

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see205

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see181

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see163

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see160

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see154

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see145

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see144

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see142

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see141

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see141

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see139

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see136

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

26 Dekabr 2025 06:14see134

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see134

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri