Türkiyədəki suriyalı qaçqınlar vətənə qayıtmaq üçün sərhəddə toplaşırlar AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ankara, 9 dekabr, AZƏRTAC
Türkiyədəki suriyalı qaçqınlar vətənə qayıtmaq üçün Hatay cənub vilayətindəki “Cilvelozu” keçid məntəqəsində uzun növbələr yaradıblar.
AZƏRTAC xəbər verir ki, Suriyada 61 ildir hakimiyyət başında olan Baas rejiminin devrilməsi xəbərləri fonunda qaçqınlar Türkiyə-Suriya sərhədinə axışıb.
Sərhədin kütləvi şəkildə keçilməsinin qarşısını almaq və şəxsiyyətin ilkin müəyyənləşdirilməsi üçün Türkiyə jandarmeriyası sərhəddən 5 kilometr aralıda nəzarət-buraxılış məntəqəsi yaradıb.
Oxşar faəllıq Kilis vilayətindəki “Oncupınar” keçid məntəqəsində də müşahidə olunur.
Jurnalistlərlə söhbətlərində qaçqınlar Suriyada 13 ildir davam edən münaqişədən bezdiklərini və normal həyata qayıtmaq istədiklərini bildirirlər.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya daha əvvəl bildirmişdi ki, 2024-cü il noyabrın 30-na olan məlumata görə, ölkədə 2 milyon 938 min suriyalı qaçqın var idi.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 09 Dekabr 2024 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















