Icma.az
close
up
RU
AFFA rəsmisi: Türkiyədəki hazırlıq təcrübə toplamaq baxımından gənc hakimlərimiz üçün vacibdir AZƏRTAC

AFFA rəsmisi: Türkiyədəki hazırlıq təcrübə toplamaq baxımından gənc hakimlərimiz üçün vacibdir AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 10 yanvar, AZƏRTAC

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker hakimlərin Türkiyədə davam edən təlim-məşq toplanışını dəyərləndirib.

AZƏRTAC xəbər verir ki, belçikalı mütəxəssis AFFA-nın mətbuat xidmətinə açıqlamasında referilərin hazırlıq durumundan razı qaldığını bildirib.

O, Antalyada yüksək səviyyədə toplanış keçmələri üçün hər cür şəraitin yaradıldığını deyib: “Təlim-məşq toplanışı Misli Premyer Liqasının ikinci hissəsinə hazırlıq baxımından çox vacibdir. Bu səbəbdən də buradayıq. Artıq dördüncü gündür ki, hakimlər gündə iki dəfə fiziki məşq keçirlər, həmçinin gündə iki texniki seansımız olur. Bizimlə birgə həkim və fizioterapevt də gəlib. Hakimlərin peşəkar şəkildə hazırlıq keçmələri üçün hər bir şərait var. Biz hakimləri futbol komandası kimi hazırlayırıq. Onlar da mövsümün ikinci hissəsinə hazırlaşır, birlikdə məşq edirlər və bu, komanda işi üçün çox vacibdir. Bir-biriləri ilə danışırlar, bir-birilərindən öyrənirlər. Çox şadam ki, yaxşı hava şəraitində, fantastik futbol meydançalarında bu cür gözəl şəraitdə işləyə bilirik. Bizə bu imkanı yaratdığına görə, AFFA rəhbərliyinə təşəkkür edirəm”.

Frank De Bleker hakimlərin Misli Premyer Liqasının ilk yarısındakı performanslarını qiymətləndirib: “Mövsümün birinci hissəsindən çox razıyam. Ötən il iyulun sonunda ilk dəfə Bakıya gəldiyim zaman hakimlər mənim üçün yeni idilər. İşləmək istəyən bir qrup görürdüm. Bəzən bir az şübhə ilə yanaşanlar var idi. Amma, həqiqətən də, yaxşı komanda yaratdıq. Mənim üçün ən vacibi meydanda hakim və VAR arasında çox yaxşı balans tapmağımızdır. Yüksək müdaxilə xəttimiz var, yüngül sarı, qırmızı vərəqələr və penaltilər vermək istəmirik. Bu, bizim üçün çox vacibdir, UEFA-nın da əsas xətti belədir. Ümumiyyətlə, meydanda şəxsiyyətləri görürəm, hakimlərin yüksək keyfiyyətləri var, yaxşı oyun idarəçiliyinə malikdirlər. Düşünürəm ki, oyun idarəçiliyi baxımından yaxşı çıxış etmişik. Əlbəttə ki, həmişə daha da yaxşılaşdırmalı olduğumuz məqamlar var, heç kim mükəmməl deyil. Mayın son oyun gününə qədər mövsümün ilk hissəsindəki kimi davam etməyimizi istəyirəm. İndi əsas odur ki, komandamızın qarşıdakı həftələrdə və aylarda böyük, önəmli oyunlara hazır olduğunu göstərək”.

AFFA Hakimlər Komitəsinin sədri yoxlama oyunlarına gənc hakimləri təyin etmələrinin səbəbini də açıqlayıb: “4 yoldaşlıq oyunumuz var. Biri artıq geridə qalıb. Bu matçlara gənc, perspektivli hakimləri təyin edirik ki, onlar beynəlxalq oyunları idarə etməklə təcrübə toplaya bilsinlər. Bu, gənc hakimlər üçün yaxşı təcrübədir. Onlar növbəti nəsildir. Gənclərə xarici komandaların oyunlarında daha çox təcrübə qazandırmaq istəyirəm. Bunu addım-addım edirik. FIFA hakimləri və digər təcrübəlilər isə mövsümün ikinci hissəsinə hazırlaşmaq üçün buradadırlar.

Beynəlxalq dərəcəli üç hakimimiz var ki, onlardan ikisi birinci kateqoriyadadır. Bu, əla göstəricidir. Həm onlar, həm də biz ilk 6 ayda çox çalışdıq. İndi hər kəs maksimuma nail olmaq istəyir. Gənc hakimləri də növbəti aylara və mövsümlərə hazırlamalıyıq. Bu səbəbdən Türkiyədəki hazırlıq çox vacibdir”.

Qeyd edək ki, hakimlərin Antalya toplanışı yanvarın 12-dək davam edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Yanvar 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri