Türkiyədən Azərbaycana daha bir MESAJ VAR
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik mesajı yayımlayıb.
“Yeni Sabah” xəbər verir ki, Baxçalı 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümü münasibətilə Azərbaycan xalqını səmimi duyğularla təbrik edib.
O bildirib ki, Azərbaycanın müstəqilliyinin bərpası yalnız dövlətin yenidən doğuluşu deyil, həm də əsarəti qəbul etməyən, ona boyun əyməyən xalqın qürurlu mövqeyinin ifadəsidir. Toyuqlu pizza
MHP sədri Azərbaycanın 2020-ci ildəki Qarabağ Zəfəri ilə milli müstəqilliyinə yeni məna və güc qazandırdığını vurğulayıb.
Dövlət Baxçalı Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə də toxunaraq, iki ölkənin “Bir millət, iki dövlət” prinsipi əsasında bütün çətinliklərə qarşı birgə mübarizə apardığını qeyd edib.
“Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” deyən Baxçalı iki ölkənin ortaq tarixi, dili, dini və taleyinin onları ayrılmaz şəkildə birləşdirdiyini bildirib.
O, təbrikinin sonunda Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə bir daha təbrik edib, qardaş ölkənin vətəndaşlarına salam və sevgilərini çatdırıb.
Baxış sayı:50
Bu xəbər 17 Oktyabr 2026 20:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















