Türkiyədən Azərbaycana idxal edilən gilas tinglərində uyğunsuzluq
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Türkiyədən idxal edilən gilas tinglərindən nümunələr götürərək müayinələrə cəlb ediblər. Bu barədə SİA-ya AQTA-dan məlumat verilib.
Bildirilib ki, aparılan müayinələr nəticəsində çəyirdəklilərin bakterial ləkəliyi (Xanthomonas arboricola pv.Pruni) xəstəliyi aşkarlanıb. Fitosanitar karantin tələblərinə cavab verməyən sözügedən yük partiyası ilə bağlı qanunvericiliyə uyğun qərar qəbul edilərək 17 min 800 gilas tingi məhv edilib.
Qeyd edək ki, Çəyirdəklilərin bakterial ləkəliyi patogen bağçılıq təsərrüfatlarına ciddi zərərvurma potensialına malik olmaqla, məhsuldarlığın və keyfiyyət göstəricilərinin azalmasına səbəb olur.

Türkiyədən Azərbaycana TƏBRİK
07 Noyabr 2024 16:58
Türkiyədən Azərbaycana ən çox ixrac edilən məhsullar açıqlanıb Siyahı
11 Fevral 2025 11:30
Ölkəyə idxal olunan nektarin tinglərində uyğunsuzluq FOTO
21 Fevral 2025 17:01
Türkiyədən Ermənistana dəstək, Azərbaycana köstək…
22 Mart 2025 00:02
Türkiyədən Azərbaycana geyim ixracı azalıb
05 May 2025 13:44

