Icma.az
close
up
RU
Türkiyədən Ermənistana dəstək, Azərbaycana köstək…

Türkiyədən Ermənistana dəstək, Azərbaycana köstək…

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistan və Türkiyə sərhədində “Marqara” keçid məntəqəsinin açılması Bakıda açıq suallar yaratdı: Ankara-İrəvan xəttində gizli danışıqlar nədən ibarətdir, niyə bu haqda rəsmi Bakıya məlumat verilməyib?
Türkiyə-Ermənistan sərhədinin açılması məsələsi Qarabağın işğalı dövründə rəsmi Ankaranın “qırmızı xətti” olub. Qarabağın azad edilməsindən sonra da bu siyasətdə dəyişikliyin olmadığı müşahidə edilirdi. Bakı və Ankaranın regionun gələcəyi ilə bağlı gündəliyi də eynidir. Amma son dövrlər Ankara-İrəvan xəttində Bakıya qarşı gizli bir prosesin baş verdiyi müşahidə edilir.
Türkiyə və Ermənistan rəsmiləri sərhəddə görüşlər keçirir, “Marqara” keçid məntəqəsini ziyarət edir, Paşinyan Ankaraya “isti mesajlar” verir. Sonuncu dəfə türkiyəli jurnalistlərin Ermənistanın istəyi ilə Ankaraya səfər etməsi və Paşinyandan “sülh göyərçini” düzəltməsi xüsusilə diqqət çəkdi.
Bu prosesin davamında “Maraqara” keçid məntəqəsinin açılması Ankara və İrəvanın Bakıdan xəbərsiz gizli danışıqlar apardığının təkzibolunmaz nümunəsi hesab oluna bilər.
Narahatedici məqan odur ki, Türkiyəli rəsmilər məsələyə hələ də münasibət bildirmirlər, Ermənistan isə “bu addıma görə türkiyəli həmkarlarına” təşəkkür edir. Bu, keçid məntəqəsinin açılışında Ankaranın rəsmi şəkildə “xeyir-dua” verdiyinin təsdiqidir.
Keçid məntəqəsinin “Ermənistandan Suriyaya humanitar yardım” aparılması məqsədilə açıldığı iddiası diletant gedişdir və bəllidir ki, bununla Bakıdan gizli aparılan danışıqları, eləcə də əldə olunan razılaşmaları ört-basdır etməyə çalışırlar. Amma bu, “dəvəquşu effekti”ndən başqa bir şey deyil, çünki hər şey ortadadır.
Türkiyədə Azərbaycan olmadan Ermənistanla münasibətlərin normallaşması, sərhədin açılması ideyası hələ Qarabağın işğalda olduğu dövrlər də gündəmə gəlib.
Vaxtilə Sürix protokollarının imzalanması, Xocalı qatili Serj Sarisyanla aparılan “futbol diplomatiyası” uzaq tarixin hadisəsi deyil. Lakin Bakıya qarşı diplomatik separatizmin qarşısı alındı və Azərbaycan-Türkiyə münasibətlərindəki problemlər aradan qaldırıldı.
Qarabağ müharibəsində sərgilənən möhtəşəm qardaşlıq nümunəsi, Şuşada imzalanan strateji müttəfiqlik bəyannaməsi, Türkiyənin bütün çətin günlərində Azərbaycanın ilk yardıma çatması və bu kimi çoxsaylı nümunələr qardaşlığımızın sarsılmaz olduğunu təsdiq edir. Amma Emənistanla əldə olunan gizli razılaşma göstərdi ki, qardaşlığımızın sarsılmazlığına Azərbaycanda daha çox inam var imiş, nəinki Türkiyədə.
Keçid məntəqəsinin açılması o deməkdir ki, vaxtilə Türkiyədə Azərbaycana qarşı olan mövqe indi rəsmi səviyyədə dəstəklənir. Hərçənd ki, bu nə qardaşlıq haqqına, nə də Şuşa Bəyannaməsinə uyğun deyil.
Bu, qardaş Türkiyənin milli maraqlarına da ziddir. Çünki “Marqara” keçid məntəqəsinin açılması Ermənistan üçün nəfəslik rolunu oynayacaq və həm Türkiyənin, həm Azərbaycanın, həm də türk dünyasının gələcəyi üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizi layihəsini axa plana keçirəcək. Məgər Türkiyədə bunu anlamırlarmı?!
Ankarada anlamırlarmı, “nəfəslik” verdikləri Ermənistan konstitusiya səviyyəsində Türkiyəyə qarşı ərazi iddiaları irəli sürür və imkan əldə etsələr, Türkiyənin şərq bölgələrini işğal edəcəklər!? 
Azərbaycanın Ermənistana qarşı irəli sürdüyü əsas şərtlərdən biri məhz belə iddiaların konstitusiyadan çıxarılmasıdır. Bakıda Türkiyənin milli maraqlarını daha çox düşünürlər, nəinki Ankarada. Baş verənlər fonunda əsas diqqətçəkən məqamlardan biri də Türkiyənin türk dünyasının gələcəyi məsələsinə lazımi dəstəyin verməməsidir.
Azərbaycan bu məsələdə faktiki olaraq aparıcı rol oynayır. Prezident İlham Əliyev Türkiyədən Mərkəzi Asiyaya qədər uzanan coğrafiyada birliyin məhkəmlənməsi istiqamətində mühüm addımlar atır. Zəngəzur dəhlizi də bu planın tərkib hissəsidir. Türkiyənin Ermənistanla keçid məntəqəsini açması isə məhz türk dünyasının gələcəyinə qarşı atılmış addımdır!
Vaqif Hüseynli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Mart 2025 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri