Icma.az
close
up
RU
Menu

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

Alişan Uzak şehir in setində FOTOLAR

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

Sözün işığında yaşayan insan

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

Payızda bu qidalar immuniteti gücləndirir

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

“Komanda üçün fərqi yoxdur Bakıda çıxış edirik, yoxsa Gəncədə” Marian Kolevin ə MÜSAHİBƏSİ

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

Dünyanın ən gözəl oğlanı vəfat etdi

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

Keti Perri və Kanadanın keçmiş Baş naziri Castin Trüdo sevgili olduqlarını etiraf etdilər

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

Türkiyədən İsrailə savaş xəbərdarlığı: “10 milyonluq ordu hücuma hazır olacaq”

Türkiyədən İsrailə savaş xəbərdarlığı: “10 milyonluq ordu hücuma hazır olacaq”

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

İsrailin Qətərdə HƏMAS danışıqlar qrupunu hədəf alan hücumundan sonra Təl-Əviv dairələrində “növbəti hədəf Türkiyədir” kimi diqqətçəkən açıqlamalar verilib.

İsraildə nəşr olunan “Mida” jurnalının podkast proqramının qonağı Türkiyə mütəxəssisi Dr. Hay Eytan Cohen Yanarocak iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyətini “tarixi aşağı səviyyə” olaraq xarakterizə edib.

Yanarocak, Netanyahunun Türkiyəyə yanaşmasını strateji ehtiyatlılıq olaraq şərh edərək, “Türkiyə ilə birbaşa düşmənçilik elan etmək İsrailin xeyrinə deyil. Hərbi münaqişəyə girmək istəmir, lakin bunu etmək iqtidarındadır. ABŞ-ın müdaxilə edəcəyinə inanıram; iki ölkə arasında birbaşa münaqişənin qarşısını almaq olar” deyib.

İsrailli ekspert, “İsrail, xüsusilə də F-35-ləri sayəsində hava qüvvələri baxımından üstündür. Ancaq Türkiyə F-16-lara sahibdir, quru və dəniz əməliyyatlarında böyük təcrübəyə malikdir. Türk ordusu NATO-da ikinci ən böyük ordudur və genişmiqyaslı əməliyyat təcrübəsinə malikdir. Netanyahu bir gözü açıq yatmalıdır” deyib.

Ekspert NATO-nun ancaq Türkiyə ərazisinə müdaxilə edə biləcəyini vurğulayaraq, Suriyada münaqişə ehtimalına işarə edib.

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə türkiyəli ekspert İsmail Cingöz deyib ki, İsrailin Qətərə, Yəmənə və Livana ard-arda hücumlar təşkil etməsi bir “güc zəhərlənməsi”dir:

“Çünki İsrail rəhbərliyi bilir ki, istənilən halda ABŞ isteblişmenti onların yanında olacaq. Netanyahunun fürsətdən istifadə edərək, Qətərdə Trampın təklif etdiyi atəşkəs razılaşmasını müzakirə etmək üçün toplanan HƏMAS-ın siyasi rəhbərliyinə qarşı hücum təşkil etməsi HƏMAS-a bir gözdağıdır. İsrail HƏMAS-ı qorxutmaqla “sənin arxandayam, səni izləyirəm” deməyə çalışır. Bununla yanaşı, İsrail bu və ya digər şəkildə Qəzza zolağında atəşkəsin olmamasını istəyir.

İsrailin məqsədi Qəzzanı tamamilə işğal etmək və oradakı fələstinliləri qovmaqdır. HƏMAS-ın atəşkəsi qəbul etməsinə mane olmaq və münaqişənin davam etməsinə imkan vermək, işğalı qoruyub saxlamağa çalışır.

Üstəlik, ABŞ administrasiyası Donald Trampın hücumdan 10 dəqiqə sonra xəbər verməsi, ona qarşı təzyiqləri dəf etmək və yüngülləşdirməyə çalışması kimi şərh edilməlidir. ABŞ-da fələstinlilərin Qəzzadan tamamilə çıxarılmasını istəyən bir qrup var. Xatırlayırsınızsa, Donald Tramp daha əvvəl Qəzzada turizm obyektləri tikmək və ondan başqa məqsədlər üçün istifadə etmək istədiyini bəyan etmişdi. Başqa sözlə, Donald Tramp atəşkəs tələb edirmiş kimi görünməklə və hər iki tərəfə atəşkəs təklif etməklə, mahiyyətcə beynəlxalq ictimaiyyətin təzyiqini azaltmağa çalışır. Bütün dünya bilir ki, İsrail ABŞ olmadan bu regionda mövcudluğunu davam etdirə bilməz və bu qədər ehtiyatsız hərəkət edə bilməz. Bu səbəbdən hücumdan 10 dəqiqə sonra D.Tramp, Qətərin rəhbərliyinə burada HƏMAS liderlərinə hücum olacağını deməklə sonradan ona qarşı ola biləcək beynəlxalq təzyiqləri azaltmaq istəyib.

İsrail İordaniya və Səudiyyə Ərəbistanı kimi bəzi İslam ölkələrini öz tərəfinə çəkərək Qətər və Qəzza bölgələrinə, həmçinin Yəmən və Livana təzyiqlərini artırmağı davam edir. Bəzi ölkələr susur və dolayısı ilə İsraili dəstəkləməyə davam edirlər. Təəssüflər olsun ki, Türkiyə və bir neçə başqa ölkəni çıxmaq şərti ilə İslam Əməkdaşlıq Təşkilatının üzvləri və Ərəb Liqasının üzvləri İsrailin törətdiyi bu zülm və soyqırımlara səssiz qalırlar. Bu da ABŞ-ın dəstəyilə birlikdə İsraildə “güc zəhərlənməsi”nə səbəb olur”.

İsmail Cingöz

İ.Cingözün sözlərinə görə, son zamanlar İsrailin Türkiyəyə qarşı dolayı təhdidləri artıb:

“Mersindəki “Akkuyu” nüvə obyekti üzərindən təhdid edilir. Ara-sıra yəhudilərin və rəsmilərin sosial mediada Ankaraya zərbə endirmək gücünə sahib olduqlarını iddia edən açıqlamalar verdiyini görürük. İsrailin faktiki olaraq 9 milyona yaxın əhalisi var. Türkiyə isə ona hücum ediləcəyi təqdirdə 48 saat ərzində 10 milyondan çox əsgər toplayacaq resurs və imkanlara malikdir.

Türkiyənin hərbi quruluşu, yerli istehsal və yerli müdafiə sistemlərinin artan nisbəti və quru qoşunlarının gücü şübhəsiz, bütün dünyaya məlumdur. Bununla belə, İsrailin hava qüvvələri üstün görünsə də, Türkiyə Hərbi Hava Qüvvələrinin və türk pilotların imkan və bacarıqlarını nəzərdən qaçırmaq olmaz. Hərbi hava qüvvələrinin üstün olması bir şeydir, bacarıq və qabiliyyətlərin üstün olması isə tamam başqa şeydir. Türk pilotları və Türk Silahlı Qüvvətləri bütövlükdə bu məsələdə dünyaya adını qızıl hərflərlə yazdırıb. Bu, tarixi keçmişdən bu günədək hamıya məlumdur. Türkiyə təhdidlərlə geri addım atmağa məcbur ediləcək ölkə deyil”.

Türk politoloq qeyd edib ki, PKK-nın Suriya qolu PYD-YPG və son olaraq SDQ kimi tanınan terror təşkilatı Əhməd əş-Şaara hökuməti ilə müqavilə imzalayıb və inteqrasiyaya razılaşıb:

“Lakin görünən odur ki, İsrail və ABŞ sonradan bu inteqrasiyanın qarşısını almaq üçün müxtəlif taktikalara əl atıb. Birləşmiş Ştatlar 2026-cı il müdafiə büdcəsindən Suriya başda olmaqla, Livan və İraqda tərəfdaşlarına 130 milyon dollar ayırdığını bəyan edərək, SDQ-ni cəsarətləndirib. İsrailin qeyd-şərtsiz himayədarı kimi çıxış edən ABŞ SDQ-ni orada demokratiyanın qılıncı kimi saxlamaq istəyir. Donald Tramp ara-sıra Suriyadan çəkiləcəyini bəyan etsə də, Amerika isteblişmenti və siyasi sistemi buna imkan verməyəcək.

ABŞ-nın Yaxın Şərqdən çıxması ilə İsrailin təhlükəsizliyinə təhdid yaranacağına inanan Amerika və yəhudi diasporu var. Bu səbəbdən də görünən odur ki, ABŞ və İsrail son vaxtlar “Bekara savaşları” kimi tanınan savaş sistemi ilə Türkiyəyə qarşı ehtiyat qüvvə kimi SDQ-ni orada saxlayır. Ancaq Türkiyə Cümhuriyyətinin səbri bir yerə qədərdir. Prezident Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, “qılınc qınından çıxarsa, qələmə və sözə yer qalmaz” və əgər Türkiyəni daha da məcbur etsələr, SDQ Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən oradan çıxarılacaq.

Türkiyə Suriyanın hazırkı hökuməti ilə Suriyanı yenidən qurmağa çalışır. Türkiyə cənub sərhədlərində hüzur və sülh istəyir. Suriyanın ərazi bütövlüyünü istəyən bir ölkədir. Türkiyə imperialist düşüncələrlə deyil, Suriyanın demoqrafik, etnik və məzhəb quruluşu ilə ona qohum bir ölkə kimi, yaxşı qonşuluq münasibətləri ilə Suriyaya yanaşmaqdadır. Çünki bu regionda türklər tərəfindən idarə olunan bir Suriya var. Orta Şərq regionu-Suriya-Misir oxu min ildən artıq müddətdə türklər tərəfindən idarə olunub və ora qədim türk yurdudur. Bu səbəbdən üç il öncə, türk valilər tərəfindən idarə olunan və Suriyanın ərazi bütövlüyü çərçivəsində yenidən qurulmuş, bütün tərəflərin bərabər təmsil olunduğu bir ölkə istənilir. Lakin İsrail, ABŞ və bəzi ölkələr bölünmüş Suriyanı üstün tutur”.

Ekspert deyib ki, Suriyada İsraillə qarşıdurma haqda tez-tez danışılsa da, belə bir ehtimal olsa da, bu, İsrail üçün intihar olar:

“Əgər İsraildən Türkiyəyə qarşı hücum həyata keçirilərsə, beynəlxalq hüquq baxımdan Türkiyə bunun cavabını verəcək gücdədir. Əgər türk torpaqlarına hücum gerçəkləşərsə NATO-nun 5-ci maddəsi tətbiq olunmalıdır. Lakin bu halda NATO ölkələrinin Türkiyənin yanında olub-olmayacağını zaman göstərəcək. Çünki 2015-ci ildə Türkiyənin hava sahəsini pozan bir təyyarənin vurulmasından sonra Türkiyə ilə Rusiya qarşı-qarşıya gəldiyi vaxtda NATO ölkələri “biz Türkiyə üçün Rusiya ilə savaşmayacağıq” deyərək onu demək olar ki, tək qoydular. Bunu Türkiyə unutmayıb. İsraillə mümkün savaşda NATO-ya güvənərək deyil, öz gücüylə də onun öhdəsindən gələ biləcək güc, qüdrət və hərbi sənayeyə malikdir.

Əgər İsrail “Akkuyu” Atom Elektrik Stansiyasına hücumu edərsə, bunun həm Türkiyə, həm də Rusiyaya qarşı hücum sayılacağını yaddan çıxarmaq olmaz. Çünki “Akkuyu” Atom Elektrik Stansiyasının yerləşdiyi torpaqların Türkiyəyə, stansiyanın isə Rusiyaya məxsus olması səbəbindən İsrail hər iki ölkə ilə müharibə aparmalı olacaq. Belə olan halda, NATO dövlətlərinin necə hərəkət edəcəyi, ABŞ-ın mövqeyinin nə olacağı məlum deyil. Bu, arzuolunmaz vəziyyət olmaqla yanaşı, nəticələrini də zaman göstərəcək. Və əgər İsrail “Akkuyu” Atom Elektrik Stansiyasına hücumu edərsə, Rusiyanın Türkiyənin yanında İsrailə qarşı vuruşacağı da qeyri-müəyyən olaraq qalır”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Sentyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see234

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see204

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see198

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see191

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see174

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see151

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see139

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see138

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

27 Oktyabr 2025 01:21see137

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see136

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see134

“Komanda üçün fərqi yoxdur Bakıda çıxış edirik, yoxsa Gəncədə” Marian Kolevin ə MÜSAHİBƏSİ

27 Oktyabr 2025 13:22see130

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see130

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

28 Oktyabr 2025 00:14see127

Dünyanın ən gözəl oğlanı vəfat etdi

27 Oktyabr 2025 08:07see124

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

27 Oktyabr 2025 21:49see123

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

27 Oktyabr 2025 22:36see122

Keti Perri və Kanadanın keçmiş Baş naziri Castin Trüdo sevgili olduqlarını etiraf etdilər

27 Oktyabr 2025 06:31see122

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

28 Oktyabr 2025 02:38see122

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri