Icma.az
close
up
RU
Türkiyədən tarixi həmlə: Yeni dövlət planı belə məhv edildi Müsahibə

Türkiyədən tarixi həmlə: Yeni dövlət planı belə məhv edildi Müsahibə

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Globalinfo.az politoloq Natiq Miri ilə Türkiyə və İsrailin Suriya siyasəti, eləcə də regionda gedən qlobal proseslərlə bağlı söhbətləşib.

Sözügedən müsahibəni təqdim edirik:

– Natiq bəy, ABŞ Suriyada hədəfinə çatdımı?

ABŞ-ın Suriyadakı hədəfləri müəyyən mənada İsrailin hədəfləri ilə uzlaşırdı. Bu kontekstdə ABŞ-ın regiona hərbi müdaxiləsi zəruri idi. Əvvəlcə İraqın yalançı nüvə bombasına malik olduğu və bunun təhlükə yaratdığı bəyan edilərək, ölkəyə hərbi müdaxilə həyata keçirildi. Ardınca regiona əsaslı şəkildə gəlib geosiyasi niyyətlərini yerinə yetirmək üçün Barak Obama dövründə süni İslam Dövləti (İŞİD) terrorçu qruplaşması formalaşdırıldı.

ABŞ bu mübarizə kontekstində həm İraqda, həm də Suriyada əsaslı şəkildə yerləşə bildi. Bunun üçün guya qlobal təhlükə adı altında İŞİD-lə mübarizə zəruri hesab edilirdi. Əvvəlcə İŞİD-ə bütün yollar açıldı, sonra isə Suriyaya müdaxilə edərək, guya kürdlərin yaşadığı bölgə üçün yeni kampaniya başlatdılar. Ardınca bölgədə İŞİD-ə qarşı mübarizə adı ilə ABŞ-ın yerli koalisiya qüvvələrinə ehtiyacı vardı və PKK-nın Suriya qolu bu istiqamətdə hazırlanmış oldu. Daha sonra bu qruplaşmanın adını dəyişdilər ki, ABŞ və koalisiya qüvvələri terrorçu qruplarla ittifaqda ittiham olunmasınlar. Beləcə “Suriya Demokratik Qüvvələri” adı qondarma şəkildə ortaya çıxdı.

Lakin məsələ daha böyükdür. ABŞ-ın hədəflərindən daha çox, bu əməliyyat həm İsrailin təhlükəsizliyinə xidmət edir, həm də “Böyük İsrail” layihəsinin həyata keçirilməsini nəzərdə tutur. Bu layihə “Böyük Kürdüstan” adı altında planlaşdırılmışdı. İraqda ABŞ-ın yardımı ilə kürdlərə Şimali İraq Muxtariyyəti yaradıldı və perspektivdə bunu referendum yolu ilə müstəqilləşdirmək istədilər. Lakin Türkiyə və region dövlətləri bu planı pozdu. Suriyanın şimalından Aralıq dənizinə çıxacaq terror dəhlizi yaradaraq, Kürdüstan dövlətini Suriya-Türkiyə sərhədlərində formalaşdırmağa cəhd etdilər. Perspektivdə onu İraqdakı muxtariyyətlə birləşdirmək planı vardı.

“Böyük Kürdüstan” layihəsi Suriya, İraq, İran və Türkiyə ərazilərini əhatə edirdi və Nildən Fərat çayına qədər ərazilərə yayılan “Böyük İsrail” layihəsinin bir hissəsi idi. Buna isə Türkiyə mane oldu. Suriyanın şimalında ard-arda dörd hərbi əməliyyat keçirərək bu kalidoru böldü, dağıdıcı qüvvələri məhv edərək, 30 km dərinlikdə tampon təhlükəsizlik bölgəsi yaratdı.

Natiq Miri

O baxımdan ABŞ da hədəfinə çatmadı, İsrail də. Lakin müəyyən mənada bu hədəflər qismən İsrailin təhlükəsizliyi üçün yeni geosiyasi nizam yaratmağa xidmət edir. Bu baxımdan PKK liderlərinin və Suriyadakı terrorçu qruplaşmaların ABŞ-a qarşı ittihamlarının heç bir əsası yoxdur.

2011-ci ildə Suriyada vətəndaş müharibəsi başladıqda kürd terrorçu qruplaşması yenidən aktivləşdi. Bu gün ABŞ artıq bu qruplaşmaları yük kimi qiymətləndirir və əsas strateji hədəflərə çatmağın mümkün olmadığını başa düşdükdən sonra prosesi yalnız İsrailin təhlükəsizliyi kontekstində istifadə edir.

ABŞ bir tərəfdən PKK-nın Suriya qolunun Suriya dövlətinə inteqrasiya olunmasına təşəbbüs göstərir, digər tərəfdən isə Suriya-İsrail danışıqlarının təşəbbüskarıdır. Bu danışıqlar Fransa, ABŞ və Azərbaycanda baş tutub, əsas təşəbbüskar ABŞ olub. İstədiklərini əldə edə bilməyən ABŞ və İsrail vəziyyəti öz xeyirlərinə çevirmək üçün İsrailin təhlükəsizliyini təmin etməyə çalışıblar. Suriya ordusunun PKK-ya qarşı əməliyyatında İsrail hərbi müdaxilə etməyib, bu danışıqların tərkib hissəsi idi.

– Son proseslərdə İsrailin fəal olmamasının səbəbi nədir?

– İsrail PKK-nın Suriya qolu YPG-nin tam məhv edilməsindən sonra Türkiyənin bu cəbhəni bağlamaqla əlini gücləndirəcəyindən narahatdır. İsrail hesab edir ki, Türkiyə üçün cəbhə bağlandıqdan sonra gələcəkdə hansı təxribatların baş verəcəyi hələlik böyük sual altındadır. Lakin bu, potensial təhlükə kimi hələ də mövcuddur.

İsrail Suriyanın tam birləşməsini istəmir. Güclü Suriya İsrail üçün təhlükədir. Ona zəif və parçalanmış Suriya üzərində təsir imkanlarını saxlamaq lazımdır. Hələ də milyonlarla suriyalı Türkiyədə yaşayır ki, bu da Ankara üçün böyük maliyyə yükü yaradır. Suriya tamamilə birləşsə, YPG problemini həll etsə, Türkiyə üçün cəbhə bağlanmış olur və Ankara böyük bir yükdən azad olur. İsrailin narahatlığı budur ki, Türkiyə bu problemlərdən azad olduqdan sonra diqqətini Yaxın Şərq, Qəzza, Şərqi Aralıq dənizi və Afrikaya, hətta Somaliyə yönəldəcək. Buna görə İsrail terror cəbhəsinin bağlanmasına razı deyil.

– Təl-Əvivin Suriya siyasətində hansı dəyişikliklər baş verib?

– Hələlik İsrailin Suriyaya hərbi müdaxiləsi qismən zəifləyib. Bu, birbaşa ABŞ-ın təşəbbüsü ilə İsrail-Suriya danışıqlarının nəticəsidir. ABŞ həmçinin Türkiyənin region üçün vazkeçilməz ölkə olduğunu qəbul edib. Donald Tramp bunu dəfələrlə bəyan edib. Qəzzadakı Sülh Şurasının icra mexanizmlərində türk dövlətlərinin birbaşa təsisçi və icraçı üzv olması bunu göstərir. İsrail bunu istəməsə də, geri çəkilməyə məcburdur. Sülh Şurası qayəsi İsrailə deyil, ABŞ prezidentinə məxsusdur.

İsrailin Suriya ilə bağlı davranışı ehtiyatlıdır, ancaq YPG-nin birdəfəlik ləğvi kontekstində böyük təxribat gözləmək tezdir. İraq Kürd Muxtariyyətinin rəhbəri Neçirvan Bərzaninin İtaliyadakı müsahibəsində də bu, YPG-yə yox, kürd xalqına qarşı risk olaraq qeyd edilir.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Yanvar 2026 01:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see232

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see161

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see156

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri