Türkiyədən vətəndaşlara çağırış Bu bölgəyə getməyin
Icma.az, Metbuat portalına istinadən məlumat verir.
Türkiyənin Tripolidəki səfirliyi paytaxt Tripoli və ətraf ərazilərdə baş verən müharibə əlaqədar Türkiyə vətəndaşlarına çağırış edib.
Metbuat.az xəbər verir ki, çağırışda Türkiyə vətəndaşlarına Liviyaya səyahətdən çəkinmələri barədə xəbərdarlıq edilib. Açıqlamada deyilir ki, Tripoli və ətraflarında baş verən müharibə ilə bağlı Milli Birlik Hökumətinin Daxili İşlər Nazirliyi bütün vətəndaşlara evdə qalmaq barədə xəbərdarlıq edib. Bəyanatda Liviyadakı Türkiyə vətəndaşlarına ehtiyatlı olmaları, evdə və ya müvəqqəti qaldıqları yerlərdə qalmaları, Tripoli, Misrata və ətraf ərazilərə şəkildə səyahət etməmələri tövsiyə edilib.
Qeyd edək ki, Tripolidəki milis qruplarından olan Sabitliyə Dəstək Birliyinin lideri Əbdülqani əl-Kiklinin öldürülməsindən sonra paytaxtda toqquşmalar baş verib. Hökumət Müdafiə Nazirliyinə aid briqadanın Tripolinin Əbu Səlim bölgəsindəki Sabitliyə Dəstək Birliyinin qərargahını ələ keçirərək bölgəni nəzarətə götürdüyünü açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 14 May 2025 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















