Türkiyədən Rusiya və Ukraynaya çağırış
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Türkiyə Rusiya və Ukraynanı Qara dənizdə ticarət gəmilərinə hücumları dayandırmağa çağırıb. Türkiyə bayrağı altında üzən, Türkiyə şirkətlərinə məxsus gəmilərə zərbə endiriləcəyi təqdirdə qanuni tədbirlər görmək hüququnu özündə saxladığını bildirib.
Gununesi.info xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Yaşar Gülər oktyabrın 28-də Sofiyada Qara dəniz regionu ölkələrinin müdafiə nazirləri və hərbi rəhbərlərinin görüşündən sonra açıqlama verib.
“Qara dənizdə ticarət gəmilərinə qarşı intensiv hücumları narahatlıqla izləyirik və tərəfləri ağıllı davranmağa, açıq dənizdə gəmiçiliyin təhlükəsizliyi prinsipinə riayət etməyə çağırırıq”, – Yaşar Gülər vurğulayıb.
Onun sözlərinə görə, Türkiyə gəmiçiliyin təhlükəsizliyinin qorunmasını vacib hesab edir və bu istiqamətdə tərəflərdən məsuliyyətli davranış gözləyir.
Gülər, həmçinin Ankaranın hücumların dayandırılması ilə bağlı irəli sürdüyü təklifə Rusiya və Ukraynadan cavab gözlədiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 28 Oktyabr 2026 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















