Icma.az
close
up
RU
Türkiyəli alimlər Mingəçevir Dövlət Universitetində

Türkiyəli alimlər Mingəçevir Dövlət Universitetində

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 3 oktyabr, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “Təkrar emal iqtisadiyyatı və davamlılıq siyasəti” mövzusunda III Beynəlxalq Elmi Konfransın bölmə iclasları təşkil olunub.

MDU-dan AZƏRTAC-a bildirilib ki, fiziki və onlayn formatda baş tutan bölmə iclaslarında Azərbaycanla yanaşı, Türkiyənin nüfuzlu ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarından olan alim və tədqiqatçılar, həmçinin MDU əməkdaşları məruzələri ilə iştirak ediblər.

Sessiyalarda təkrar emal iqtisadiyyatının müasir çağırışları, yaşıl inkişaf modeli, davamlılıq siyasəti, ekoloji təhlükəsizlik və sosial-iqtisadi inkişafda innovativ yanaşmalar mövzularında elmi müzakirələr aparılıb. Məruzəçilər qlobal iqlim dəyişiklikləri fonunda alternativ enerji, tullantıların idarə olunması və dairəvi iqtisadiyyatın tətbiqi imkanları ilə bağlı əldə etdikləri elmi nəticələri bölüşüblər.

Konfransın MDU-nun ev sahibliyi etdiyi bölmə iclaslarında universitetin 26 əməkdaşı məruzələrlə çıxış edərək, tədqiqat nəticələrini konfrans iştirakçılarının diqqətinə çatdırıblar. İştirakçılar MDU-da formalaşdırılan elmi mühiti yüksək qiymətləndirərək universitetin beynəlxalq elm məkanına inteqrasiya istiqamətində gördüyü işləri təqdir ediblər.

Bölmə iclaslarından sonra təqdim olunan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb, sonda məruzəçilərə iştirakçı sertifikatları təqdim olunub.

Qeyd edək ki, beynəlxalq konfrans 2–3 oktyabr tarixlərində İKSAD İnstitutu (Türkiyə), İqtisadiyyat Nazirliyi yanında İqtisadi Elmi Tədqiqat İnstitutu (Azərbaycan), Tekirdağ Namık Kemal Universiteti (Türkiyə), İstanbul Gelişim Universitetinin Dayanıqlı Ətraf Mühit və Cəmiyyət Tətbiq və Tədqiqat Mərkəzi (Türkiyə), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri