Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

Mingəçevir Dövlət Universitetində yeni inkişaf mərhələsi

Mingəçevir Dövlət Universitetində yeni inkişaf mərhələsi

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

2025-ci ilin 9 aprel tarixində Anar Eminovun Mingəçevir Dövlət Universitetinə rektor təyin olunması ilə başlayan dövr qısa müddətdə institusional transformasiya, akademik modernləşmə və beynəlxalq inteqrasiyanın intensiv mərhələsi kimi səciyyələnmişdir. Rektor Anar Eminov-un elmi təfəkkürü, strateji baxışı və qayğıkeş rəhbərliyi universitetin bütün strukturlarında sürətli və ölçülə bilən inkişafı təmin etmişdir. Bu müddət ərzində həyata keçirilmiş fəaliyyətlər sistemli yanaşma, strateji planlaşdırma və ölçülə bilən nəticələr əsasında universitetin regional ali təhsil müəssisəsindən beynəlxalq yönümlü, innovasiya əsaslı və sənaye ilə sıx inteqrasiya olunmuş universitet modelinə keçidini təmin etmişdir.

Elektron Rəqəmsal İnfrastrukturun Yenilənməsi və Təhsil Prosesinin Modernləşdirilməsi

İlk dövrdə universitetin elektron rəqəmsal infrastrukturu genişmiqyaslı şəkildə yenilənmişdir. Bütün auditoriyalar və laboratoriyalar – o cümlədən informasiya texnologiyaları, fizika, kimya, iqtisadiyyat, maliyyə, türizm, təhsil və elektronika ixtisasları üzrə yeni  laboratoriyaları, həmçinin inzibati ofislər və müvafiq xidmət bölmələri müasir kompüter avadanlıqları ilə təchiz edilmişdir. Qısa müddət ərzində universitetin tədris və inzibati məkanlarında 200-dən çox yeni kompüter və digər elektron avavadnlıqlar istifadəyə verilmişdir.

Tədris planları əmək bazarının real tələblərinə və beynəlxalq standartlara uyğunlaşdırılmış, xüsusilə iqtisadiyyat, türizm, informasiya texnologiyaları, kibertəhlükəsizlik və kompüter mühəndisliyi istiqamətləri üzrə kurikulumlar müasirləşdirilmişdir. Rəqəmsal təhsil mühitinin inkişafı çərçivəsində 7 fənn üzrə 15 pilot elektron imtahan LMS platformasında tətbiq edilmiş, qiymətləndirmə sisteminin şəffaflığı və operativliyi əhəmiyyətli dərəcədə artırılmışdır.

Professor-müəllim heyətinin peşəkar inkişafı üçün davamlı təlim və seminarlar təşkil edilmiş, universitet Cisco Networking Academy-nin rəsmi tərəfdaşı statusunu qazanmış və müəllimlərin beynəlxalq sertifikatlaşması təmin edilmişdir. Cambridge Resurs Mərkəzinin yaradılması isə akademik mühitin beynəlxalq qiymətləndirmə standartlarına inteqrasiyasını və tədris keyfiyyətinin yüksəldilməsini təmin etmişdir.

Universitet–Sənaye Əməkdaşlığının Strateji İnkişafı

Universitet–sənaye əməkdaşlığının genişləndirilməsi rektorluğun əsas strateji xətti kimi formalaşdırılmışdır. Müxtəlif sənaye və xidmət sahələrini təmsil edən 30-dan artıq müəssisə ilə əməkdaşlıq müqavilələri imzalanmış və tələbələrin istehsalat təcrübələrinin real sektorla inteqrasiyası təmin edilmişdir. Energetika mühəndisliyi ixtisası üzrə tələbələrin Azərbaycan İES MMC-də praktiki dərslərdə iştirakı bu əməkdaşlığın ölçülə bilən nəticəsi kimi dəyərləndirilir. Eyni zamanda, Kapital Bank ilə əməkdaşlıq çərçivəsində "Birbank FinTech” laboratoriyası açılmış, turizm sahəsində isə "Tourism Skills Lab” laboratoriyası istifadəyə verilmişdir. Təhsil və texnologiyanın sintezini əks etdirən "Edutech” laboratoriyası regionun təhsil və innovasiya imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmişdir. Bundan əlavə, Mingəçevir Dövlət Universitetində regionun ən böyük Regional Su Mükəmməlliyi və Dayanıqlılıq Laboratoriyası istifadəyə verilmişdir. Bu laboratoriyalar praktiki tətbiqyönümlü təhsilin inkişafına və su resurslarının idarə olunması sahəsində tədqiqatların təşviqinə yönəlmiş mühüm institusional addımlar kimi qiymətləndirilir.

Beləliklə, universitet–sənaye inteqrasiyası tələbələrin təcrübə imkanlarını artırmaqla yanaşı, innovasiya və texnoloji modernləşmənin tətbiqyönümlü modelini praktik müstəviyə gətirmişdir.

Elmi-tədqiqat və İnnovasiya Sahəsində Nailiyyətlər

Elmi-tədqiqat və innovasiya sahəsində universitetdə əhəmiyyətli irəliləyişlər əldə edilmişdir. Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutu və Dayanıqlı Enerji və Regional İnkişaf İnstitutu yaradılmış, elmi fəaliyyətin strukturlaşdırılması və sahə üzrə ixtisaslaşmanın təmin edilməsi reallaşdırılmışdır.

Akademik heyətin motivasiyasını artırmaq və elmi nəşr aktivliyini stimullaşdırmaq məqsədilə diferensial əməkhaqqı sistemi tətbiq edilmişdir. Universitetdə elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi həm fundamental, həm də tətbiqi araşdırmaların inkişafına şərait yaratmışdır. Xüsusilə Süni İntellekt və rəqəmsal texnologiyalar sahəsində ixtisaslaşmış institutun yaradılması, universitetin gələcək elmi prioritetlərini müəyyən etmişdir. Eyni zamanda, Universitet–Tədqiqat–Sənaye inteqrasiyasında yeni mərhələ olaraq Azərbaycanda ilk dəfə "Tədqiqat Mövzu Hovuzu Platforması” hazırlanmışdır. Bu platforma tələbə və müəllimlərin elmi-tədqiqat mövzularını mərkəzləşdirilmiş şəkildə idarə etməyə imkan verərək universitetin innovasiya ekosistemini gücləndirmişdir.

Beynəlxalq Əlaqələr və Akademik Mobillik

Universitetin beynəlxalq əlaqələrinin gücləndirilməsi və akademik mobilliyin genişləndirilməsi prioritet istiqamət kimi müəyyən edilmişdir. Akademik səfərlər, seminarlar və əməkdaşlıq proqramları vasitəsilə dünya təcrübəsi universitetin tədris, elmi-tədqiqat və idarəetmə proseslərinə inteqrasiya edilmişdir. Bu çərçivədə, Orhun Mübadilə Proqramı üzrə 15 tələbə və 5 müəllim beynəlxalq akademik mübadilədə iştirak edir. Universitet artıq Türkiyənin aparıcı ali təhsil müəssisələri – ODTÜ, Gazi Universiteti, Bahçeşehir Universiteti, Dokuz Eylül Universiteti, Ege Universiteti, Ankara Hacı Bayram Veli Universiteti, TED Universiteti və OSTİM Texniki Universiteti ilə əməkdaşlıq memarandumları imzalamışdır. İstanbul Aydın Universiteti, Marmara Universiteti və Hacettepe Universiteti ilə əməkdaşlıq memorandumlarının yaxın zamanda imzalanması planlaşdırılır. Özbəkistanın Səmərqənd Dövlət Universiteti, Əndican Xarici Dillər Universiteti və Daşkənd Dövlət Pedaqoji Universiteti, eləcə də Kazaxıstanın Al-Farabi və E.A. Buketov adına Karaganda Milli Tədqiqat Universiteti ilə əməkdaşlıq protokolları artıq qüvvəyə minmişdir.

Cari ildə universitetin 3 möhtəşəm Beynəlxalq tədbiri ölkəmizə səs salmışdır:

•24 oktyabr 2025-ci il – "Regional Universitet–Sənaye Birliyi Sammiti 2025”, 110 müəssisə və yüzlərlə praktik təcrübə imkanları. 

•6 dekabr 2025-ci il – III Beynəlxalq Konfrans "Davamlı İnkişaf Strategiyası: Qlobal trendlər, milli təcrübələr və yeni hədəflər”, 19 ölkədən alim və tədqiqatçıların iştirakı. 

•2026-cı il – "Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu”, 29 ali təhsil müəssisəsi, 36 təhsil qurumu və 24-dən çox şirkət. 

Beləliklə, qısa bir ildə 30 ildə görülməyən işlərin həyata keçirilməsi, Mingəçevir Dövlət Universitetində institusional transformasiyanın, akademik modernləşmənin və beynəlxalq inteqrasiyanın uğurla reallaşdırılmasını təmin etmişdir. Rektor Anar Eminov-un strategiyası ölçülə bilən nəticələr, innovasiya əsaslı yanaşma və sənaye inteqrasiyasına fokuslanmışdır.

Bu müddət ərzində:

Elektron və rəqəmsal infrastruktur modernləşdirilmiş, 200-dən çox yeni kompüter istifadəyə verilmişdir. 

5 yeni laboratoriya açılmış, 20-dən çox fənn üzrə rəqəmsal imtahan sistemi tətbiq edilmişdir. 

Universitet–sənaye əməkdaşlığı genişlənmiş və 30-dan çox müəssisə ilə əməkdaşlıq müqavilələri imzalanmışdır. 

Beynəlxalq inteqrasiya və akademik mobillik ön plana çıxmış, 40-dan çox yerli və beynəlxalq qurumla əməkdaşlıq qurulmuşdur. 

Qeyd etmək lazımdır ki, burada sadalanan nailiyyətlər rektor Anar Eminov-un rəhbərliyi altında görülmüş işlərin yalnız cüzi bir hissəsidir. Arxasında daha geniş institusional transformasiya, strateji təşəbbüslər və elmi-pedaqoji innovasiyalar dayanmaktadır. Biz, universitetin akademik və inzibati heyəti olaraq, daim rektorumuza dəstəyimizi ifadə edir, onun elmi və strateji rəhbərliyi ilə universitetimizin daha böyük uğurlara imza atacağına əminik. 

Bu bir illik uğur hekayəsi göstərir ki, güclü liderlik, elmi baxış və komanda ruhu birləşdikdə universitetin həm milli, həm də qlobal təhsil və elmi məkanında mövqeyi sürətlə güclənir və gələcək inkişafın möhkəm təməli qoyulur.

Aidə Mustafayeva

Mingəçevir Dövlət Universiteti Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutunun direktoru
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Aprel 2026 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see464

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see433

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see307

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see304

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see258

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see247

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see241

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see236

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see230

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see224

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see216

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see214

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see213

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see212

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see210

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see198

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see195

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see193

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri