Icma.az
close
up
RU
Türkiyəli ekspert: Fransa və İsveçrə Cənubi Qafqazla bağlı destruktiv mövqe sərgiləyir

Türkiyəli ekspert: Fransa və İsveçrə Cənubi Qafqazla bağlı destruktiv mövqe sərgiləyir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Ankara, 2 oktyabr, AZƏRTAC

Fransa və İsveçrə Qarabağ münaqişəsinin başa çatması faktını görməzlikdən gələrək Cənubi Qafqazla bağlı destruktiv mövqe nümayiş etdirirlər.

AZƏRTAC xəbər verir ki, bu fikri Ankaradakı Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) eksperti Selenay Erva Yalçın səsləndirib.

O, Bern və Parisin Azərbaycan–Ermənistan münasibətlərinə yanaşmasını “təxribatçı ritorika” və “ikili standart” adlandıraraq qeyd edib ki, hər iki Avropa ölkəsinin hakimiyyət dairələri ziddiyyətləri alovlandırmağa və Bakı ilə İrəvan arasında münasibətlərin yenidən gərginləşməsinə çalışır.

S.E. Yalçın bildirib ki, Fransa və İsveçrənin atdığı addımlar Cənubi Qafqazda sülh prosesinə açıq şəkildə ziddir, beynəlxalq hüquq prinsipləri və insan hüquqlarının müdafiəsi ilə isə heç bir əlaqəsi yoxdur.

“Bern və Paris davamlı sülh yolunda maneələr yaratmağa cəhd edirlər. Bu məqsədlə müxtəlif bəyanatlar verilir, toplantılar və tədbirlər təşkil olunur, lakin onların nəticələri beynəlxalq ictimaiyyət tərəfindən nəzərə alınmır. Üstəlik, bütün bu addımlar əvvəlcədən uğursuzluğu bəlli olan təxribatçı təşəbbüslər olduğunu dərk edən iki dövlət tərəfindən atılır”, – deyə ekspert vurğulayıb.

Nümunə olaraq, S.E. Yalçın bu ilin mayında İsveçrədə “Dağlıq Qarabağ üzrə sülh təşəbbüsünü irəli aparmaq” məqsədilə hansısa parlament komitəsinin yaradılmasını xatırladıb.

“Azərbaycan və Ermənistanın sülhə hazır olduğu bir vaxtda İsveçrə hakimiyyətinin “saxta gündəm” formalaşdırmaq istəyi məntiqə sığmır. Fransanın siyasəti də eyni ziddiyyətlərlə xarakterizə olunur”, – deyə ekspert əlavə edib.

O, həmçinin Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin Musa dağı ətrafındakı hadisələr barədə tarixi faktları təhrif etməsini yada salıb.

“Tarixi hadisələrin sistematik şəkildə təhrif olunması Parislə İrəvanı yaxınlaşdırmır, əksinə, münasibətlərin normallaşmasına zərər vurur”, – deyə AVİM eksperti yekunlaşdırıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2025 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see200

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see174

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see144

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri