Icma.az
close
up
RU
Türkiyəli ekspert: İsveçrənin qərəzli mövqeyi Cənubi Qafqazda sülhə xidmət etmir

Türkiyəli ekspert: İsveçrənin qərəzli mövqeyi Cənubi Qafqazda sülhə xidmət etmir

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Ankara, 28 may, AZƏRTAC

“İsveçrə də daxil olmaqla, bəzi Qərb dairələri erməni lobbisinin təhriki ilə ATƏT-in Minsk qrupunun “dirildilməsi” və artıq həll olunmuş Qarabağ məsələsi ətrafında isteriyanın yenidən alovlandırılması məqsədilə təxribat xarakterli addımlar atmağa davam edir.

Bu barədə Ankaradakı Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) eksperti Selenay Erva Yalçın AZƏRTAC-a açıqlamasında bildirib.

Ekspert qeyd edib ki, Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar 44 günlük müharibənin nəticələrinin qəbuluna əsaslanır. Bu, eyni zamanda, Qarabağ məsələsinin artıq bağlandığı və müzakirə mövzusu olmadığı deməkdir. Ermənistanın rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıması erməni müxalifəti və diasporunu ciddi narahat edir, çünki onlar hələ də “Böyük Ermənistan” mifindən əl çəkmək istəmirlər.

S.E. Yalçın İsveçrədəki erməni lobbisinin son təşəbbüsünə də diqqət çəkib. Onun sözlərinə görə, həmin lobbinin göstərişi ilə İsveçrə parlamentinin 19 üzvü Bern şəhərində “Qarabağ naminə sülh təşəbbüsü” adlı qondarma platformanın yaradıldığını elan ediblər.

Türkiyəli ekspert xatırladıb ki, cəmi iki ay əvvəl İsveçrə parlamentinin hər iki palatası Cənubi Qafqazla bağlı ermənipərəst bəyanatlar qəbul edib və bu, ABŞ-dakı Erməni Milli Komitəsi (ANCA) tərəfindən alqışlanıb. Buna bənzər mövqe ilə çıxış edən Beynəlxalq Xristian İttifaqı (CSI) da bu “sülh təşəbbüsü” çərçivəsində keçiriləcək tədbirlərdə iştirakçıların qeydiyyatına kömək edəcəyini bəyan edib.

“Hər fürsətdə özünü neytral dövlət kimi təqdim etməyə çalışan İsveçrə açıq qərəz və ikili standartlar nümayiş etdirir”, - deyə AVİM analitiki vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə və Türkiyə ictimaiyyəti üçün Bernin bu qərəzli mövqeyi yenilik deyil. “Ankarada 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə yekunlaşan “Perinçek – İsveçrə” işi yaxşı xatırlanır. Mövzu ermənilərlə bağlı olanda, İsveçrə hökuməti bir anda demokratiya və söz azadlığı prinsiplərini unudur”, – deyə Yalçın bildirib.

Ekspert qeyd edib ki, Bakı ilə İrəvan arasında sülh sazişi layihəsinin razılaşdırılması tərəflərin üçüncü vasitəçi tərəf olmadan da səmərəli danışıqlar apara bildiyini sübut edir. Halbuki İsveçrə və ona bənzər dövlətlər erməni diasporunun təzyiqləri ilə hərəkət edərək regionda davamlı sülhə və inkişafa heç bir töhfə vermir.

“İsveçrə parlamentindəki ermənipərəst qrupun bu cür təxribatları ilk növbədə Ermənistanın maraqlarına ziddir. Məhz İrəvan bu cür halları kəskin şəkildə pisləməlidir ki, regionda etimad mühiti güclənsin. Heç şübhəsiz, “Perinçek işi”ndə olduğu kimi, İsveçrənin ikiüzlü maskası bir daha ifşa olunacaq. Hazırda Bernin edə biləcəyi ən düzgün addım neytrallığını qorumaq və Cənubi Qafqazda sülhə mane olmamaqdır”, – deyə Selenay Erva Yalçın vurğulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 May 2025 03:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see188

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see182

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see163

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri