Icma.az
close
up
RU
Türkiyəli ekspert: Ankara Bakı ittifaqı Cənubi Qafqazda sabitliyin təminatıdır

Türkiyəli ekspert: Ankara Bakı ittifaqı Cənubi Qafqazda sabitliyin təminatıdır

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Ankara, 15 noyabr, AZƏRTAC

Türkiyə və Azərbaycan arasındakı münasibətlərin mövcud səviyyədə qorunması bölgədə sabitliyin təminatıdır və Cənubi Qafqazda dayanıqlı sülhün təməl daşını təşkil edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Ankaradakı Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) eksperti Hazel Çağan Elbir bildirib. Onun sözlərinə görə, qardaş ölkələrin ittifaqı iki xalqın tarixi və mədəni birliyinə əsaslanır, hər iki dövlətin strateji maraqlarına cavab verir.

“Türkiyə və Azərbaycanın qarşılıqlı fəaliyyəti “Bir millət, iki dövlət” ifadəsinin təcəssümüdür və regionda qüvvələr balansının formalaşmasında əsas rol oynayır”, – deyə H.Ç.Elbir vurğulayıb.

Ekspert qeyd edib ki, Ankara və Bakının xarici siyasətinin fəal koordinasiyası Cənubi Qafqazda sabitliyi möhkəmləndirir: “Heç də təsadüfi deyil ki, rəsmi Ankara İrəvanla münasibətlərin normallaşdırılmasını Azərbaycan və Ermənistan arasında danışıqlarda əldə edilən irəliləyişlə açıq şəkildə əlaqələndirir. Bu, Türkiyənin strateji seçimidir və göstərir ki, iki qardaş ölkənin maraqları sıx şəkildə bir-biri ilə bağlıdır, Ankara və Bakı qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq modeli qurublar”.

“Regiondakı proseslərə istənilən yanaşma qərəzsiz olmalı, Cənubi Qafqazın tarixi reallıqlarına və beynəlxalq hüquq normalarına əsaslanmalı, tərəflərin qarşılıqlı maraqları nəzərə alınmalıdır”, – deyə Ankara analitik mərkəzinin eksperti vurğulayıb.

O, ekspert icmasını və xarici siyasətçiləri Türkiyə və Azərbaycan ittifaqının mədəni və strateji “dərinlik” amilini əsas götürməyə çağırıb.

AVİM eksperti əminliyini ifadə edib ki, “Türkiyə və Azərbaycanın həmrəyliyi Qafqaz regionundakı ziddiyyətlərin qordi (gordian) düyününü açmağa imkan verəcək”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri