Icma.az
close
up
RU
Türkiyəli ekspert: Qəbələdə keçirilən Zirvə Görüşü yeni dövrə doğru strateji addımdır

Türkiyəli ekspert: Qəbələdə keçirilən Zirvə Görüşü yeni dövrə doğru strateji addımdır

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ankara, 8 oktyabr, AZƏRTAC

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü Türk dünyasının inkişafında yeni dövrə doğru atılan strateji addım oldu. Azərbaycandakı müzakirələr təşkilatın Bişkek sammitində əldə olunan nailiyyətləri möhkəmləndirərək, TDT-nin siyasi birliyini gücləndirib, türk ölkələrinin iqtisadi inteqrasiyasına və mədəni konsolidasiyasına təkan verib.

Bu fikri AZƏRTAC-la söhbətdə Ankarada fəaliyyət göstərən Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) analitiki Hazel Çağan Elbir söyləyib.

Onun sözlərinə görə, Qəbələ Zirvə Görüşü TDT-nin təkcə regionda deyil, həm də qlobal miqyasda “yüksələn güc” olduğu faktını nümayiş etdirdi. “Türk dövlətləri ailəsi”nin mövcudluğunun anlamı dünya miqyasında daha çox hiss olunur”, - deyə o, TDT-ni türk ölkələri arasında onlarla müxtəlif sahədə əməkdaşlıq üçün tələb olunan platforma adlandırıb.

Ekspert ÜDM-i 2,1 trilyon dollara çatan türk ölkələrinin iqtisadi potensialına, TDT ölkələri arasında ticarət dövriyyəsinin artdığına da diqqət çəkib, türk dövlətləri tərəfindən həyata keçirilən və təşkilatın qlobal nüfuzunu artıran çoxsaylı nəqliyyat və enerji layihələrini sadalayıb.

Onun sözlərinə görə, Qəbələdə keçirilən 12-ci TDT Zirvə Görüşü türk ölkələrinin siyasi, iqtisadi və mədəni inteqrasiyasını inkişaf etdirmək üçün çox mühüm şansdır.

Analitik Qəbələdə keçirilən TDT Zirvə Görüşündə özünü büruzə verən Azərbaycanın strateji liderliyi amilini vurğulayıb. “Ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonrakı dövrdə Azərbaycanın TDT məkanında mərkəzi rolu daha nəzərəçarpan olub”, - deyə o, əlavə edib və Qəbələ Zirvə Görüşünün türk ölkələri üçün ortaq gələcəyə ümidləri gücləndirdiyini vurğulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 05:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri