Icma.az
close
up
RU
Türkiyəli general açıqladı: “Zəngəzur dəhlizi bu tarixdə açılacaq”

Türkiyəli general açıqladı: “Zəngəzur dəhlizi bu tarixdə açılacaq”

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Zəngəzur dəhlizinin açılması və bununla bağlı enerji və logistika yollarının həyata keçirilməsi yalnız Azərbaycanla Ermənistan arasındakı bir məsələ deyil. Bu dəhliz bütün regionu əhatə edir. Hətta dünya iqtisadiyyatına və qlobal ticarətə də təsir edən bir məsələdir”.
Bu sözlıri Demokrat.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş Hərbi Attaşesi, istefada olan general-mayor Yücel Karauz bildirib.
General-mayor deyib ki, dünyanın strateji güc balansı da dəyişir:
“Üçtərəfli bəyanatda yer alan və sonradan müxtəlif adlarla yenidən gündəmə gətirilən məsələlər həm Azərbaycan-Ermənistan münasibətlərinə, həm də Ermənistan-Türkiyə münasibətləri kontekstində müəyyən perspektiv ortaya qoyur. Bu perspektivin bir ucunda İran və Rusiya, digər ucunda isə Avropa İttifaqı və ABŞ dayanır. 
Ermənistan isə 2-ci Qarabağ müharibəsindəki məğlubiyyətindən, yəni “dəmir yumruq”la üzləşdikdən sonra daim fərqli ölkələrlə əməkdaşlıq etməyə çalışaraq bu prosesi çətinləşdirməyə çalışır. 2020-ci ildəki Qarabağ zəfəri zamanı dünyanın bölgəyə baxışı ilə bu günkü baxış arasında fərq var. Əvvəllər bu dəhlizə Rusiya sülhməramlılarının nəzarət etməsi nəzərdə tutulurdu. İndi isə ABŞ bu nəzarətin özəl Amerika şirkətləri tərəfindən həyata keçirilməsini, hətta bu dəhlizə “Tramp yolu” və ya “Ermənistan sülh yolu” kimi adlar verilməsini təklif edir. Lakin zaman Ermənistanın əleyhinə işləyir”.
Y.Karauz vurğulayıb ki, bu yolun açılması və dəhlizin digər logistika variantları ilə birgə həyata keçirilməsi təkcə Azərbaycan və Türkiyəyə deyil, bütün türk dünyasına böyük töhfə verəcək:
“Ən böyük fayda isə Ermənistan və region ölkələrinə, eyni zamanda Pekindən Londona qədər uzanan ticarət və logistika şəbəkəsinə olacaq. Bu dəhliz Şərqdən Qərbə, Şimaldan Cənuba uzanan yolların kəsişməsində yerləşdiyindən, qlobal əhəmiyyətə malikdir. 
Ermənistan bu məsələni hansı tərəflə həll etməyə çalışırsa-çalışsın, nəticədə ən doğru yol Azərbaycanla birbaşa dialoqdur. Birləşmiş Ərəb Əmirliklərində keçirilən görüşlərdə də göründü ki, məsələ çoxşaxəlidir. Ermənistan gah Rusiyaya, gah Avropa İttifaqına, gah da ABŞ-a üz tutur və bu tərəflər arasında tərəddüd edir. Amma sonda bu dəhliz açılacaq. 
İnanıram ki, 2025-ci ilin sonuna və ya 2026-cı ildə Ermənistan nəhayət düzgün yolu tapacaq. Hər ötən gün bu yolun açılmaması Ermənistan üçün itki deməkdir. Onlar nə qədər tez başa düşsələr ki, bu yol barışa və sabitliyə aparır, o qədər tez regionda rifah və əmin-amanlıq bərqərar olacaq. Hazırda Ermənistan cəmiyyəti bu reallığa uyğunlaşdırılır, ictimai rəy formalaşdırılır, daxildə psixoloji hazırlıq aparılır. 
Eyni zamanda revanşist qüvvələr prosesə əngəl olmağa çalışırlar. Amma ən vacib məsələ odur ki, hər kəs – istər region dövlətləri, istərsə də beynəlxalq güclər gerçəklikləri düzgün qiymətləndirsin və barışa, sabitliyə töhfə verəcək mövqe tutsun”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Avqust 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri