Icma.az
close
up
RU
Türkiyəli general açıqladı: “Zəngəzur dəhlizi bu tarixdə açılacaq”

Türkiyəli general açıqladı: “Zəngəzur dəhlizi bu tarixdə açılacaq”

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Zəngəzur dəhlizinin açılması və bununla bağlı enerji və logistika yollarının həyata keçirilməsi yalnız Azərbaycanla Ermənistan arasındakı bir məsələ deyil. Bu dəhliz bütün regionu əhatə edir. Hətta dünya iqtisadiyyatına və qlobal ticarətə də təsir edən bir məsələdir”.
Bu sözləri Türkiyənin Azərbaycandakı keçmiş Hərbi Attaşesi, istefada olan general-mayor Yücel Karauz bildirib.
General-mayor deyib ki, dünyanın strateji güc balansı da dəyişir:
“Üçtərəfli bəyanatda yer alan və sonradan müxtəlif adlarla yenidən gündəmə gətirilən məsələlər həm Azərbaycan-Ermənistan münasibətlərinə, həm də Ermənistan-Türkiyə münasibətləri kontekstində müəyyən perspektiv ortaya qoyur. Bu perspektivin bir ucunda İran və Rusiya, digər ucunda isə Avropa İttifaqı və ABŞ dayanır. 
Ermənistan isə 2-ci Qarabağ müharibəsindəki məğlubiyyətindən, yəni “dəmir yumruq”la üzləşdikdən sonra daim fərqli ölkələrlə əməkdaşlıq etməyə çalışaraq bu prosesi çətinləşdirməyə çalışır. 2020-ci ildəki Qarabağ zəfəri zamanı dünyanın bölgəyə baxışı ilə bu günkü baxış arasında fərq var. Əvvəllər bu dəhlizə Rusiya sülhməramlılarının nəzarət etməsi nəzərdə tutulurdu. İndi isə ABŞ bu nəzarətin özəl Amerika şirkətləri tərəfindən həyata keçirilməsini, hətta bu dəhlizə “Tramp yolu” və ya “Ermənistan sülh yolu” kimi adlar verilməsini təklif edir. Lakin zaman Ermənistanın əleyhinə işləyir”.
Y.Karauz vurğulayıb ki, bu yolun açılması və dəhlizin digər logistika variantları ilə birgə həyata keçirilməsi təkcə Azərbaycan və Türkiyəyə deyil, bütün türk dünyasına böyük töhfə verəcək:
“Ən böyük fayda isə Ermənistan və region ölkələrinə, eyni zamanda Pekindən Londona qədər uzanan ticarət və logistika şəbəkəsinə olacaq. Bu dəhliz Şərqdən Qərbə, Şimaldan Cənuba uzanan yolların kəsişməsində yerləşdiyindən, qlobal əhəmiyyətə malikdir. 
Ermənistan bu məsələni hansı tərəflə həll etməyə çalışırsa-çalışsın, nəticədə ən doğru yol Azərbaycanla birbaşa dialoqdur. Birləşmiş Ərəb Əmirliklərində keçirilən görüşlərdə də göründü ki, məsələ çoxşaxəlidir. Ermənistan gah Rusiyaya, gah Avropa İttifaqına, gah da ABŞ-a üz tutur və bu tərəflər arasında tərəddüd edir. Amma sonda bu dəhliz açılacaq. 
İnanıram ki, 2025-ci ilin sonuna və ya 2026-cı ildə Ermənistan nəhayət düzgün yolu tapacaq. Hər ötən gün bu yolun açılmaması Ermənistan üçün itki deməkdir. Onlar nə qədər tez başa düşsələr ki, bu yol barışa və sabitliyə aparır, o qədər tez regionda rifah və əmin-amanlıq bərqərar olacaq. Hazırda Ermənistan cəmiyyəti bu reallığa uyğunlaşdırılır, ictimai rəy formalaşdırılır, daxildə psixoloji hazırlıq aparılır. 
Eyni zamanda revanşist qüvvələr prosesə əngəl olmağa çalışırlar. Amma ən vacib məsələ odur ki, hər kəs – istər region dövlətləri, istərsə də beynəlxalq güclər gerçəklikləri düzgün qiymətləndirsin və barışa, sabitliyə töhfə verəcək mövqe tutsun”.(demokrat.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 06 Avqust 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri