Icma.az
close
up
RU
Türkiyəli generaldan XƏBƏRDARLIQ: Ermənistan müharibə istəsə, tarixin ən ağır bədəlini ödəyəcək

Türkiyəli generaldan XƏBƏRDARLIQ: Ermənistan müharibə istəsə, tarixin ən ağır bədəlini ödəyəcək

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Ermənistan sülhdən danışsa də, fəal şəkildə müharibəyə hazırlaşır. Avropa İttifaqının (Aİ) missiyasının fəaliyyəti, Hindistan, Fransa kimi ölkələrin verdiyi silahlar, öhdəliklərinin yerinə yetirilməməsi, təxribatlar bunun açıq-aydın göstəricisidir".

Bunu Oxu.Az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, sabiq general-mayor Yücel Karauz deyib.

O, Ermənistanın Aİ çətiri altında tələ qurmaq fəaliyyətindən danışıb.

"Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbə qazanmasından sonra noyabrın 10-da imzaladığı Üçtərəfli Bəyanatın üstündən 4 ildən çox vaxt keçir. Bu 53 aylıq müddətdə Ermənistan Azərbaycanla bir masa arxasında oturub sülh müqaviləsi imzalamaq əvəzinə, hər cür oyunlara əl ataraq vaxt udmağa çalışıb. Bir tərəfdən Türkiyəyə, Aİ-yə və dünyaya sülh istəyirmiş kimi mesajlar verib, digər tərəfdən isə daim silahlanıb. İkinci Qarabağ müharibəsində tarixində ən böyük məğlubiyyətə uğrayan Ermənistan Azərbaycana qarşı müdafiə silahları ilə deyil, hücum silahları ilə təchiz olunmağa başlayıb. Bir tərəfdən gedib ABŞ və Aİ ilə müqavilələr imzalayıblar ki, oradan pul və silah yardımı göndərilməyə başlayıb. Bunlar azmış kimi, öz imkanları yetərincə olmadığından Aİ missiyasını ölkəyə dəvət edib, onların "çətirləri" altında Azərbaycan qoşunlarının sərhəddəki mövqelərini, hərəkət yerlərini, bəlkə də gələcəkdə həyata keçirməyi planlaşdırdıqları qisas əməliyyatının istiqamətlərini müəyyən etmək üçün tədbirlər həyata keçirib, kəşfiyyatçı və sorğu-sual idarəsi vasitəsilə qrup daxilində döyüş planlarını təzələyiblər. Bütün bunlarla yanaşı, dezinformasiya yolu ilə Azərbaycanı gözü Ermənistan ərazisində olan, müharibə istəyən ölkə kimi qələmə verməyə çalışıblar və bu gün də bunu davam etdirirlər. Ermənistan bir tərəfdən müxtəlif səviyyələrdə verdiyi bəyanatlarla, digər tərəfdən sərhəddəki təxribatlarla Azərbaycanı tələyə salmaq istəyir", - Karauz bildirib.

Briqada generalı vurğulayıb ki, Azərbaycan və Türkiyə sülh istəyir, lakin Ermənistan yeni müharibəyə başlayarsa, geri dönüşü olmayan yola girəcək və bunun əvəzini çox ağır ödəyəcək:

"Martın 4-nə keçən gecə Naxçıvan istiqamətində Azərbaycan mövqeləri atəşə tutulub, martın 5-də isə İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Iğdır-Naxçıvan təbii qaz kəmərinin açılışı olub. Bundan dərhal sonra, martın 6-da Ermənistan Naxçıvan istiqamətində yanğın törədib. Təkcə bu üçgünlük müqayisə kimin müharibə, kimin sülh istədiyini göstərmək üçün kifayətdir. Ermənistanın Azərbaycanla masa arxasında oturmaq əvəzinə şərtlərin yarımçıq qalması ilə bağlı açıqlamaları bu oyunun tərkib hissəsidir. Ermənistan hakimiyyəti hər fürsətdə açıq şəkildə bildirir ki, onlar müharibə və qisas almaq istəyirlər. Müharibə məqsədləri olmasaydı, 53 ay ərzində sərhədlərin müəyyənləşdirilməsi, konstitusiyanın dəyişdirilməsi, Türkiyə və Azərbaycana qarşı iddialardan əl çəkilməsi istiqamətində addımlar atılardı. Digər diqqətçəkən məqam Ermənistanın Azərbaycan və Türkiyə ilə normallaşma prosesini müstəqil məsələ kimi idarə etmək səyləridir. Təbii ki, Ermənistanın etdikləri əbəsdir. Ermənistana məsləhət görürəm ki, Azərbaycan Ordusunun gücünü sınamasın. Həmişə vurğuladığımız kimi, "Dəmir yumruq" başı dəmir yumruq istəyənlər üçün hələ də havadadır! Azərbaycan Prezidenti və Ali Baş Komandan İlham Əliyevin bir əli sülhə, digər əli isə lazım olanda "Dəmir yumruq"u vurmaq üçün qaldırılır. Bunu unutmasınlar! Biz Ermənistanın İkinci Qarabağ müharibəsi hadisələrindən dərs alacağını gözləyirdik. Biz dəfələrlə bildirmişik ki, bu proses uzun çəkəcək və Ermənistan da vaxt üçün oynayacaq. Ermənistan regionda birgə inkişaf etmək əvəzinə burada bir forpost kimi imperialist dövlətlərin məqsədlərinə xidmət etmək üçün bəzi ölkələrdən aldığı silahlarla müharibəyə başlamaq və Azərbaycanı tələyə salmaq istəyir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Hindistan mətbuatına müsahibəsi, səfərbərlik sistemində edilən dəyişikliklər və alınan silahlar onların müharibəni başlamağa tələsdiklərini göstərir. Biz də "Haydı, meydan!" deyirik. Beləliklə, Ermənistan yenidən müharibəyə başlasa və "Dəmir yumruq"la nələri itirəcəyini bilməlidir".

Yücel Karauz sülh sazişinin mətni üzərində əldə olunan konsensusa müsbət tarixi hadisə kimi səciyyələndirib və Ermənistana əks yola getməməsi barədə dəfələrlə xəbərdarlıq edib.

"Təbii ki, müsbət irəliləyişlər də var. Dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə bildirib ki, sülh sazişinin maddələri ilə bağlı konsensus əldə olunub. Bu, təqdir edilməli bir haldır. Amma son 4 ildə edilənləri müzakirə etməyimizin səbəbi Ermənistana xatırlatmaqdır ki, Türkiyə və Azərbaycan hər şeydən xəbərdardır. İndi konstitusiyaya dəyişiklik etməklə Ermənistan ölkələrimizə qarşı ərazi iddialarından, tamamilə yalan sübutlara əsaslanan soyqırım ittihamlarından əl çəkməlidir. Tamamilə Azərbaycanın xahişi və təşəbbüsü ilə indiki mərhələyə çatan sülh danışıqları müsbət yekunlaşmalı və ədalətli sülh sazişi imzalanmalıdır. Azərbaycan istəsəydi, noyabrın 10-da üçtərəfli bəyanat imzalanmazdı və müharibə davam edərdi, Ermənistan çox böyük itki verərdi. Lakin Azərbaycanın daimi sülh istədiyi bir mühitdə qarşı tərəfin müharibə istəməsi etik deyil. Ermənistana məsləhətim odur ki, bu səhvə yol verməsinlər. Çünki bu səhvi edənlər bunun bədəlini qanla, göz yaşı ilə, torpaq itkisi ilə ödəyəcəklər. Onların əldə etdikləri silah və kəşfiyyat məlumatlarından istifadə etmək imkanı belə olmayacaq. Dəvət etdikləri, onları müharibəyə təhrik edən missiya üzvləri Ermənistanı tək qoyub öz ölkələrinə qaçmaqdan başqa heç nə edə bilməyəcəklər. Türkiyə isə hər zaman olduğu kimi, hər şəraitdə qardaş Azərbaycanın yanındadır. Orduda say və silah önəmlidir, amma ən əsası vətənə, millətə, bayrağa sevgi, bu yolda ölə bilməkdir. Maşına, tanka, topa bağlanaraq müharibədə saxlanılan əsgərlə heç nə edə bilməzsən. Prezident və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, xalqın dəstəyi və güclü ordusu ilə Azərbaycan regional güc olduğunu göstərəcək, sülh istəməyənlərə qarşı nə lazımdırsa edəcək", - Yücel Karauz söhbətini yekunlaşdırıb.

Söhrab İsmayıl

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:257
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Mart 2025 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri