Icma.az
close
up
RU
Bu səhvin bədəlini Ermənistan özü ödəyəcək

Bu səhvin bədəlini Ermənistan özü ödəyəcək

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Azərbaycanla Ermənistan arasında müzakirəsi davam etdirilən sülh sazişi layihəsində razılaşdırılmamış iki maddədən birinin məhz sərhəddəki üçüncü qüvvələrlə bağlı olduğu hər kəsə məlumdur. İndiki məqamda isə həmin "üçüncü qüvvə" rolunda çıxış edən əsas tərəf isə Avropa İttifaqının (Aİ) Azərbaycan – Ermənistan şərti sərhədinin Ermənistana aid hissəsində fəaliyyət göstərən dırnaqarası "mülki" müşahidə missiyasıdır. Azərbaycan Prezidenti İlham Əliyev çıxış və müsahibələrində dəfələrlə bildirib ki, Aİ-nin sözügedən yarımhərbi müşahidəçiləri sərhəd bölgəsindən çıxarılmalıdır. Lakin əfsuslar olsun ki, həm Brüssel, həm də İrəvan Ermənistan üçün "təhlükəsizlik çətiri" kimi nəzərdə tutulan Aİ missiyasının müddətinin uzadılması xəttini seçdilər.
Avropa İttifaqı ölkələrinin səfirlərinin ötən gün Brüsseldə keçirilən toplantısında qurumun Ermənistandakı müşahidəçi missiyasının müddətinin uzadılmasına qərar verilib. Missiyanın daha iki il, 2027-ci il fevralın 19-dək Ermənistanda qalması layihəsi təsdiq edilib. Bununla bağlı yayılan rəsmi açıqlamada bildirilir ki, missiyanın müşahidə zonası Naxçıvan bölməsi də daxil olmaqla, bütün Ermənistan-Azərbaycan sərhədi boyunca uzanacaq. Bu da o deməkdir ki, Aİ-nin casus missiyasının tez-tez durbinlərlə müşahidə etdiyi sərhədlərimiz boyunca Ermənistan ordusunun təxribatları bundan sonra da davam edəcək. Deməli, qarşıdakı iki il ərzində yekun sülh sazişinin imzalanması da yenə də ləngidiləcək və sabotaj ediləcək.
Aİ-nin mülki missiyası sülhyaratma missiyası deyil, sabotaj missiyası rolunda çıxış edir. Bu baxımdan, Aİ missiyasının fəaliyyət müddətinin daha 2 il uzadılması sözsüz ki, Azərbaycan-Ermənistan normallaşma prosesinə mənfi təsir göstərəcək və sülh danışıqlarını tormozlayacaq. Sülh danışıqları süründürməçi prosesə çevriləcək. Rəsmi İrəvan buna getməməliydi. Çünki regionda kənar oyunçuların mövcudluğu sülhə yox, eskalasiyaya zəmin yaradır. Ermənistan rəhbərliyi Aİ-nin qeyri-qanuni missiyasını prosesə cəlb etmək əvəzinə, Azərbaycanla birbaşa danışıqlar prosesinə üstünlük verməli, ikitərəfli format üçün etimad mühiti yaratmalıdır. Üçüncü tərəflərin sülh prosesinə fayda verməyəcəyi artıq tam bəllidir. Ona görə də rəsmi Bakı haqlı olaraq Aİ missiyasının müddətinin uzadılmasını qəbuledilməz hesab edir. Ermənistan Brüsselin bu qərarına "yox!" deməməklə sülh prosesinə növbəti dəfə ağır zərbə vurdu. Bu səhvin bədəlini də Ermənistan özü ödəyəcək.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 30 Yanvar 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see275

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see272

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see267

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see252

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see238

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see229

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see227

İlham Əliyev III Msvatini təbrik etdi

06 Sentyabr 2026 11:38see224

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see222

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see207

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see206

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see204

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see203

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see198

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see196

Küçə xuliqanı, həbsdən qaçan agent, yorğun biznesmen... Jan Pol Belmondonun 5 məşhur rolu

06 Sentyabr 2026 14:00see189

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see186

ABŞ nin hücum etdiyi üç İran tankerindən biri Oman körfəzində batıb

06 Sentyabr 2026 08:52see180

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see177

Rembrandtın avtoportreti 80 ildən sonra Qotaya qayıdıb

06 Sentyabr 2026 10:32see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri