Icma.az
close
up
RU
Türkiyəli nazir müavini: Orta Dəhlizdə ciddi hərəkətlilik olacaq

Türkiyəli nazir müavini: Orta Dəhlizdə ciddi hərəkətlilik olacaq

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanla sülh müqaviləsi imzalansa, həm Türkiyə, həm də Azərbaycan üçün Qərbə doğru hər cür nəqliyyat və digər imkanlar yaranacaq.

APA xəbər verir ki, bunu Türkiyənin ticarət nazirinin müavini Sezai Uçarmak II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Azərbaycan Cənubi Qafqaz–Mərkəzi Asiya strateji tərəfdaşlıqlarının mərkəzində: Regional əməkdaşlığın əsas hərəkətverici qüvvəsi” adlı panel müzakirədə deyib.

O bildirib ki, infrastruktur baxımından hər hansı problem yoxdur. Belə ki, Türkiyənin Azərbaycanda təxminən 7 min şirkəti fəaliyyət göstərir. Azərbaycanın isə 3 mindən çox, təxminən 3 200 şirkəti Türkiyəyə investisiya yatırıb.

“Ümumilikdə Azərbaycan və Türkiyə arasında investisiyaların həcmi təxminən 39-40 milyard dollara çatıb. Bu, əslində, Türkiyədə xarici investisiyalar baxımından ən böyük ölkənin Azərbaycan olduğunu, azərbaycanlı investorların Türkiyəyə rahat şəkildə güvəndiyini göstərir”, - nazir müavini vurğulayıb.

Sezai Uçarmak qeyd edib ki, Azərbaycan Şərqlə Qərb arasında yerləşir. Xəzərin sahilində Şərq üçün bir körpü, Qərb üçün isə son nöqtə rolunu oynayır: “Burada beynəlxalq ticarətdən pay əldə etmək və bu ticarətin tranzitini investisiyaya çevirmək üçün beynəlxalq qaydaları qəbul etmək və onlara uyğunlaşmaq məsələsində bir qədər tələsmək lazımdır. İnvestorlar həssas olurlar. Buna görə də əsas qaydalar insanlara əvvəlcədən təqdim edilməlidir. Bu qaydalar bütün investorlar üçün baza prinsipi kimi müəyyənləşdirilməlidir”.

O qeyd edib ki, Şərqlə Qərb arasında Orta Dəhlizdə ciddi hərəkətlilik olacaq, çünki bütün ölkələr infrastruktura investisiya yatırır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 Sentyabr 2026 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri