Icma.az
close
up
RU
Türkiyəli politoloq: İran Prezidentinin Azərbaycana səfəri regional tərəfdaşlığa doğru atılan mühüm addımdır ŞƏRH

Türkiyəli politoloq: İran Prezidentinin Azərbaycana səfəri regional tərəfdaşlığa doğru atılan mühüm addımdır ŞƏRH

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 30 aprel, N.Məmmədova, AZƏRTAC

Tehranla Bakı arasında bu günlərdə həyata keçirilən yüksəksəviyyəli səfər tərəflərin mehriban qonşuluq, siyasi dialoq və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində səylərini bir daha təsdiq etdi.

Bu barədə AZƏRTAC-a türkiyəli politoloq, Ankara Universitetinin professoru Toğrul İsmayıl bildirib.

Onun sözlərinə görə, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olub. “Bu səfər tərəflərin əməkdaşlığı dərinləşdirmək üzrə siyasi iradəsini vurğulamaqla yanaşı, həm də Tehran və Bakının əsas regional və qlobal çağırışları açıq və praqmatik müzakirə etməyə hazır olduqlarını nümayiş etdirdi. Bu hadisəni haqlı olaraq strateji tərəfdaşlığın bünövrəsini möhkəmləndirmək üzrə tarixi fürsət kimi qiymətləndirmək olar”, -deyə agentliyin həmsöhbəti qeyd edib.

Ekspert dövlət başçılarının bir-birinə “əziz qardaşım” deyə səmimi müraciət etməsinin tərəflər arasında görüşün parlaq detallarından biri adlandırıb. Politoloq deyib: “Belə bir ritorika diplomatik etiketdən kənara çıxır və qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu göstərir. Bu, həmçinin liderlər arasında şəxsi münasibətlərin xarici siyasət ab-havasının formalaşmasında böyük rola malik olmaları üzrə mədəni və mental yaxınlığın əlamətidir”.

Yaxınlaşma amilləri haqqında danışan T.İsmayıl vurğulayıb ki, bu, “coğrafiyadan da mühümdür”. O əlavə edib: “Azərbaycan və İranın yaxınlığı təkcə coğrafi amil və ortaq tarixi-mədəni fonla müəyyən edilmir. Münasibətləri gücləndirən və əməkdaşlığı təşviq edən bir sıra amillər də var. Bu, həm də etnolinqvistik icmadır: İranın şimalında yaşayan milyonlarla etnik azərbaycanlı iki xalqı birləşdirən unikal humanitar məkan təşkil edir. Digər tərəfdən, iqtisadi maraqlar: ölkələri enerji, nəqliyyat və ticarət sahələrində irimiqyaslı layihələr birləşdirir. Mühüm element “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafıdır. Eyni zamanda, təhlükəsizlik sahəsində əməkdaşlıq: hər iki ölkə Cənubi Qafqazın sabitliyində, transsərhəd təhlükələrin qarşısının alınmasında və regionda qüvvələr balansının saxlanmasında maraqlıdır. Bununla yanaşı, mənəvi və mədəni yaxınlıq: dominant din kimi İslam sosial və dövlət səviyyəsində dərin qarşılıqlı anlaşmanı təşviq edir. Daha sonra praqmatik siyasət gəlir: həm Azərbaycan, həm də İran öz xarici siyasətlərini milli maraqlar və bir-birinin suverenliyinə hörmət əsasında qurur. Nəhayət, humanitar və infrastruktur təşəbbüsləri: birgə obyektlərin tikintisindən tutmuş təhsil və mədəniyyət mübadiləsinə qədər bütün bu amillər cəmiyyət səviyyəsində əlaqələri gücləndirir.

Səfərin həssas regional vəziyyət fonunda, dövlətlərarası münasibətlərin sabitliyinin xüsusi əhəmiyyət kəsb etdiyi bir vaxtda baş tutduğunu qeyd edən Ankara Universitetinin professoru İran və Azərbaycan liderlərinin görüşünün hər iki ölkənin hörmət, qarşılıqlı fayda və strateji tarazlıq əsasında münasibətlər qurmağa hazır olmasının bariz siqnalı olduğunu bildirib. Onun sözlərinə görə, bu görüş, həmçinin xarici təzyiq cəhdlərinə baxmayaraq, mehriban qonşuluq və tərəfdaşlarının maraqlarına hörmət prinsiplərinə sadiq qalan Azərbaycanın xarici siyasət kursunun müstəqilliyini nümayiş etdirdi.

Ekspert sözlərinə yekun vuraraq deyib: “Bütövlükdə, İran Prezidentinin səfəri Azərbaycanın ardıcıl və prinsipial surətdə mehriban qonşuluq münasibətlərinə, konstruktiv dialoqa və praqmatik əməkdaşlığa üstünlük verdiyinin daha bir təsdiqi oldu. Azərbaycanın xarici siyasət fəlsəfəsinin bünövrəsində sülh, sabitlik, qarşılıqlı hörmət kimi dəyərlər dayanır. Məhz etimada və qarşılıqlı faydaya əsaslanan belə addımlar sürətlə dəyişən regional arxitektura fonunda dayanıqlı və təhlükəsiz gələcəyin başlıca amilinə çevrilir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri