Icma.az
close
up
RU
Türkiyəni silkələyən foto Keçmiş müttəfiqləri Ərdoğanla barışır?

Türkiyəni silkələyən foto Keçmiş müttəfiqləri Ərdoğanla barışır?

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni sessiyasının ilk iclası çərçivəsində çəkilən foto ölkənin siyasi gündəmini silkələyib.

Oktyabrın 1-də çəkilən fotoda Prezident Rəcəb Tayyib Ərdoğanın müxalifət liderləri ilə səmimi söhbəti, xüsusilə DEM, İYİ, DEVA, Gələcək və Yenidən Rifah partiyalarının təmsilçiləri ilə eyni kadra düşməsi xüsusi diqqətç çəkib. Yayılan foto Ankarada “yeni siyasi mərhələ”nin başlanğıcı kimi şərh edilir.

Məlumata görə, Ərdoğan həmin gün çıxışında ənənəvi olaraq müxalifətə sərt ittihamlar səsləndirməyib, “terrorçusuz Türkiyə” layihəsi və “milli birlik” çağırışları edib. Ana müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası (CHP) yeni çağırışın ilk iclasını boykot edib.

Fotolarda xüsusilə diqqət çəkən məqam Ərdoğanın bir vaxtlar AK Partiyanın əsas beyin mərkəzi sayılan, sonradan ayrılaraq öz partiyalarını quran Əhməd Davutoğlu və Əli Babacanla eyni masa ətrafında səmimi söhbətidir. Hər iki siyasətçi son illər iqtidarı sərt tənqid etsə də, onların bu tədbirə dəvəti və prezidentlə səmimi görüntüləri “siyasi buzların əriməsi” kimi qiymətləndirilir.

Bəzi ekspertlər qeyd edir ki, Ərdoğan konstitusiya dəyişikliklərinə getmək istəyir, bunun üçün parlamentdə 360 səsə ehtiyac var. CHP-nin bu prosesi dəstəkləməyəcəyi məlumdur, buna görə də Ərdoğan keçmiş müttəfiqləri və bəzi müxalif qüvvələr vasitəsilə yeni konsensus yaratmağa çalışır.

Müşahidəçilər deyir ki, Davutoğlu və Babacan öz partiyalarının zəif seçki nəticələri fonunda yenidən hakim düşərgəyə yaxınlaşa bilərlər. “Onların formal olaraq AK Partiyaya qayıtması vacib deyil, əsas olan konstitusiya dəyişikliklərini dəstəkləmələridir.

AK Partiya təmsilçiləri hesab edir ki, Ərdoğan milli birlik mesajı verərək daxili həmrəyliyi gücləndirməyə çalışır. Bəzi mənbələrə görə, prezidentin məqsədi yalnız müxalifətlə dialoq qurmaq deyil, həm də konstitusiya islahatları və mümkün erkən seçkilər üçün geniş siyasi dəstək bazası formalaşdırmaqdır.

Siyasi analitiklər bildirirlər ki, 1 oktyabr fotosu təkcə daxili siyasət üçün deyil, həm də beynəlxalq auditoriya üçün “yeni dönəm”in siqnalıdır. Çünki Ərdoğan uzun illərdir 1980-ci il hərbi çevrilişindən sonra qəbul edilən Konstitusiyanı “antidemokratik miras” adlandırır və onun dəyişdirilməsinin vacibliyini vurğulayır. Müxalifət isə bu təşəbbüsləri “hakimiyyətin uzadılması cəhdi” kimi dəyərləndirir. Bununla belə, 1 oktyabrda çəkilən fotolar göstərir ki, Ərdoğan artıq keçmiş müttəfiqlərini və siyasi rəqiblərini eyni masa ətrafında toplaya bilib.

Ankaranın siyasi dəhlizlərində “Babacan və Davutoğlu AK Partiyaya qayıdırmı?” sualı getdikcə daha çox səslənir. Hətta Gələcək Partiyasının bir neçə keçmiş deputatlarının yaxın günlərdə AK Partiyaya keçəcəyi bildirilir. Gələcək Partiyası “bu kimi görüntülərin normallaşma prosesi çərçivəsində qiymətləndirilməli olduğunu” açıqlayıb, DEVA Partiyası isə “bir fincan çay içildiyi üçün mövqelərinin dəyişməyəcəyini” bildirib.

Rəsmi təsdiq olmasa da, müşahidəçilər bu yaxınlaşmanı “qayıdışdan çox, maraqların kəsişməsi” kimi qiymətləndirir.

/modern.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 Oktyabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see287

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see236

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see214

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see205

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see184

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see179

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see177

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see174

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see170

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see153

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see150

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see145

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see134

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see129

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see128

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri