Icma.az
close
up
RU
Türkiyəni silkələyən qərarda Tramp izi? Ərdoğanla telefon danışığından bir gün sonra...

Türkiyəni silkələyən qərarda Tramp izi? Ərdoğanla telefon danışığından bir gün sonra...

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəlin aprelin 6-da keçirilən mitinqdə səsləndirdiyi iddialar ölkədə rezonans doğurub.

Özəl İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlunun ABŞ Prezidenti Donald Trampdan icazə alındıqdan sonra saxlanıldığını deyib. O, iqtidarı, bir növ, Vaşinqtondan gələn tapşırıqlar əsasında qərar verməkdə ittiham edib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan isə partiya sədrinin iddialarını təkzib edib. XİN başçısı bəyanatlara cavabında, “korrupsiya davasını qəhrəmanlıq hekayəsinə çevirməyə çalışan Özəldir”, – deyə vurğulayıb.

İmamoğlunun həbsi ilə bağlı iddialar nə dərəcədə reallığa uyğundur? Özgür Özəlin açıqlaması nəyə hesablanıb?

Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, tarixi ardıcıllığa baxdıqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Trampla telefon danışığından bir gün sonra İmamoğlunun universitet diplomunun ləğv edildiyi və həbs olunduğu görülür:

“Bundan sonra bir çox KİV və ekspertlər İmamoğlunun həbsinin Trampla razılaşdırıldığını yazmağa və danışmağa başladılar. Nəzərə almaq lazımdır ki, tarixlər təsadüfən də üst-üstə düşə bilər. Lakin siyasi proseslərin mahiyyətinə diqqət yetirməklə məntiqi nəticələr çıxarmaq olur.

İlk növbədə deyə bilərik ki, Trampla Ərdoğanın münasibətləri kifayət qədər yaxşıdır. Hətta ABŞ prezidenti Suriya hadisələrində türkiyəli həmkarına kifayət qədər yüksək qiymət verdi, onu bacarıqlı və nə etdiyini bilən siyasətçi adlandırdı. Əgər ABŞ-ın keçmiş prezidenti Co Bayden qlobalizmi müdafiə edirdisə, Tramp milliliyə üstünlük verir. Ərdoğan da milliliyin tərəfdarıdır, qlobalizmi dəstəkləmir. İki prezident arasında kifayət qədər mövqe yaxınlığı görünür. Bunun əksinə olaraq CHP və İmamoğlu qlobalizm tərəfdarıdır. CHP Türkiyənin gələcəyini Avropa İttifaqında (Aİ) görür və onunla əməkdaşlığa meyllidir”.


Mütəllim Rəhimli

Ekspertin sözlərinə görə, indiki situasiya təkcə dünyada deyil, Türkiyənin içərisində də qlobalizm və milliliyin tərəfdarları arasında toqquşmanın getdiyini göstərir:

“Avropa İttifaqı dünyanın gələcəyini qloballaşmada görür, ABŞ isə artıq bunu qəbul etmir. Məhz buna görə onlar arasında kəskin fikir ayrılığı yaranıb. Qeyd olunan proses nəinki ölkələri, hətta onların daxilindəki siyasi baxışları da barışmaz şəkildə iki yerə bölüb.

İmamoğlunun həbsinə də bu nöqteyi-nəzərdən yanaşsaq, Ərdoğanın Trampla razılaşması şərt deyil. ABŞ-ın məsələdə səssiz qalacağı və Türkiyənin mövcud iqtidarını dəstəkləyəcəyi məlumdur. Hazırda da bunu müşahidə edirik”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Aprel 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri