Türkiyəni silkələyən hadisə: Survivor iştirakçısı qətlə görə istintaqda
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyədə qalmaqallı silahlı insidentlə bağlı yeni detallar üzə çıxıb. Musavat.com xəbər verir ki, “Survivor Türkiye” yarışması ilə tanınan Aleyna Kalaycıoğlunun hüquq-mühafizə orqanlarına verdiyi ilk ifadənin məzmunu məlum olub.
Ölkə.az xəbə verir ki, hadisənin əsasında Aleyna Kalaycıoğlu ilə keçmiş sevgilisi Vahap Canbay arasında yaşanan şəxsi gərginlik dayanır. Bildirilir ki, tərəflər hadisə günü görüşmək qərarına gəlib və bu görüş zamanı aralarında mübahisə yaranıb.
İlkin məlumatlara əsasən, mübahisə qısa müddətdə gərginləşərək silahlı insidentə çevrilib. Hadisə yerində atəş açıldığı və bir nəfərin yaralandığı iddia olunur, lakin bu məlumatlar hələ rəsmi təsdiqini tapmayıb.
Aleyna Kalaycıoğlu ifadəsində hadisə yerində olduğunu təsdiqləyib. Onun sözlərinə görə, atəş açıldıqdan sonra kiminsə vurulduğundan xəbəri olmayıb. O, özünə qarşı irəli sürülən “sifarişçi” ittihamını da qəti şəkildə rədd edib.
Bundan əlavə, Kalaycıoğlu bildirib ki, hadisədən sonra Alaattin Kadayıfçıoğlunun olduğu avtomobildən düşərək yol üzərində həmin şəxslərdən ayrılıb.(musavat)
Baxış sayı:212
Bu xəbər 24 Mart 2026 00:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















