Icma.az
close
up
RU
Türkiyənin Azərbaycana verdiyi dəstək xüsusi əhəmiyyət daşıyır Yücel Karauz

Türkiyənin Azərbaycana verdiyi dəstək xüsusi əhəmiyyət daşıyır Yücel Karauz

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Azərbaycan Prezidenti İlham Əliyevin İranın Naxçıvana hücumu ilə bağlı verdiyi sərt və prinsipial reaksiya, əslində dövlətlərin suverenliyi və mülki əhalinin təhlükəsizliyi ilə bağlı beynəlxalq hüququn əsas prinsiplərinə söykənir".

Bu barədə Redaktor.az-a Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz İranın Naxçıvana PUA hücumundan və Türkiyənin Azərbaycanın yanında olmasından danışarkən bildirdi.

"Naxçıvanda mülki hədəflərə qarşı həyata keçirilən hücumun açıq şəkildə pislənməsi və məsul şəxslərin cəzalandırılmasının tələb olunması, Azərbaycanın həm daxili təhlükəsizlik baxımından qətiyyətini, həm də regional sabitlik məsələsində prinsipial mövqeyini göstərir. Bu cür mövqe eyni zamanda bölgədə mümkün eskalasiyanın qarşısını almaq üçün aydın siyasi mesaj xarakteri daşıyır. Digər tərəfdən, Azərbaycana qardaş ölkə olan Türkiyənin verdiyi dəstək xüsusi əhəmiyyət daşıyır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamaları, Ankara ilə Bakı arasında formalaşmış strateji müttəfiqliyin və “iki dövlət, bir millət” prinsipinin real siyasi və təhlükəsizlik müstəvisində də qüvvədə olduğunu göstərir", - deyə o vurğuladı.

Generalın fikrincə, Türkiyənin bu mövqeyi təkcə siyasi dəstək deyil, eyni zamanda regionda sabitliyin qorunmasına yönəlmiş güclü bir strateji mesajdır:

"Ümumilikdə, həm Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, həm də Türkiyənin açıq dəstəyi Cənubi Qafqazda təhlükəsizlik balansının qorunması baxımından mühüm rol oynayır. Bu birlik və koordinasiya, potensial təhdidlərə qarşı mühüm bir çəkindirici amil kimi çıxış edir və bölgədə sülhün qorunmasına xidmət edən əsas faktorlar sırasında qiymətləndirilə bilər".

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Mart 2026 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see470

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see425

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see379

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see373

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see342

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see332

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see332

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see328

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see324

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see309

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see282

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see282

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see269

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see268

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see266

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see256

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see239

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri