Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Türkiyənin qış möcüzələri Uludağ, Kapadokiya, Şirince

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Dünyanın ən çox ziyarət edilən beş ölkəsindən biri olan Türkiyə, dörd mövsümü tam gözəlliyi ilə yaşaya biləcəyiniz nadir ölkələrdən biridir. 
Modern.az xəbər verir ki, qış fəsli Türkiyənin qarla örtülmüş sehrli gözəlliklərini kəşf etmək üçün ideal zamandır. 
Dünya səviyyəli xizək kurortlarında müxtəlif qış idman növlərindən tutmuş isti və rahat məkanlarda dincəlməyə qədər, Türkiyə unudulmaz qış tətili üçün sonsuz macəralar təqdim edir. 

Türkiyədə qış tətillərindən tam zövq almağın ən yaxşı yolu, möhtəşəm dağlar üzərində yerləşən xizək kurortlarıdır. Davamlı qar örtüyü, gözəl yamaclar, dəbdəbəli otellər və yüksək keyfiyyətli avadanlıqları ilə bu kurortlar xizəksürmə, snoubord, heli-xizək kimi müxtəlif qış idman növləri üçün mükəmməldir.
Bursa şəhərindəki Uludağ İstanbulun yaxınlığında yerləşdiyi üçün məşhur olan kurortlardan biridir. Burada kanat yolları, xizək avadanlığı icarəsi kimi üstünlüklər mövcuddur. 
İstanbuldan asanlıqla çatmaq mümkün olan digər bir məkan isə Kocaelidəki Kartepedir. Bu kurort hər səviyyədə xizəkçilər üçün uyğun yamacları ilə daha sakit və rahat xizək təcrübəsi təqdim edir. Boluda yerləşən Kartalkaya isə böyük şəhərlərə yaxın olan digər bir seçimdir. Gözəl meşələrlə əhatələnmiş bu məkan xizəkçilər üçün xüsusi sahələr və müasir xizək liftləri ilə məşhurdur.
Mərkəzi Anadoluda, Kapadokiya bölgəsinə yaxın yerləşən Erciyes Dağı, 41 xizək trası və müasir infrastrukturu ilə seçilir. Buraya tez-tez təşkil edilən uçuşlarla rahatlıqla çatmaq mümkündür. Şərq istiqamətində isə Erzurumdakı Palandöken Dağı peşəkar xizəkçilər üçün dik yamacları, ölkənin ən uzun xizək trası və yumşaq qar örtüyü ilə fərqlənir. Daha sonra Şərqi Anadolunun qış möcüzələr diyarı olan Karsdakı Sarıqamış kurortu gəlir. Alp dağlarını xatırladan kristal qar örtüyünə sahib Sarıqamış, yaxınlığındakı Çıldır Gölü və qədim Ani şəhəri kimi turistik məkanlarla qışın gözəlliyini və sehrini tam olaraq yaşamağa imkan verir.

Qış sehrinə bürünmüş Kapadokiya
Kapadokiya, Türkiyədə ilin hər fəsli kəşf edilməyə dəyər, sehrli bir diyardır. Müasir imkanlarla lüks butik otellərə çevrilmiş bu qədim mağaralarda, rahat otaqlarda dərin yuxuya dalmaq, isidilən hovuzlarda və spa-saunalarda rahatlanmaq, həmçinin Kapadokiyanın yerli üzümündən hazırlanmış bir qədəh şərab içərək kamində isinmək əvəzedilməz bir təcrübədir. Bölgənin zəngin tarixi və mədəni irsi fonunda, sirli yeraltı şəhərlərini ziyarət edə və həmçinin bir keramika emalatxanasında da dərs ala bilərsiniz.

İstanbul mədəniyyət zənginlikləri 
Qış fəslində İstanbulun mədəni zənginliklərini kəşf etmək üçün ideal vaxtdır. Hər bir küçəsində ənənə və müasirliyin harmoniyasını hiss edəcəyiniz bu şəhər, panoram mənzərələr, tarixi abidələr, ziyarət ediləsi muzeylər, iştirak ediləsi müxtəlif tədbirlər və dadına baxılacaq yerli ləzzətlərlə doludur.
Tarixi yarımadaya səfər edərək Ayasofya, Yerebatan Sarnıcı kimi şəhərin simvolik binalarını görə və İstanbul Modern, İstanbul Arxeologiya Muzeyi və İstanbul Rəsm və Heykəl Muzeyi kimi məkanlarda müasir incəsənət və tarixin izlərini yaşaya bilərsiniz. Səyahətə başlamazdan əvvəl Atatürk Mədəniyyət Mərkəzi (AKM) kimi müasir incəsənət mərkəzlərinin təqvimini yoxlamaq pis olmaz. 
Dünyanın ən yaxşı qastronomiya şəhərlərindən biri olan İstanbulda Michelin ulduzlu restoranlarda yemək yeyə və ya qış küçə ləzzətlərinin dadına baxa bilərsiniz. “Salep” və “boza”dan qovrulmuş şabalıd və qarğıdalıya qədər hər bir dad qış mövsümünün fərqli bir zənginliyini təqdim edir.

Qışda günəşli istiqamətlər: İzmir, Antalya
Türkiyənin Egey və Aralıq dənizi bölgələrində qışda da isti bir tətil keçirmək mümkündür. İsti iqlimi ilə ilk dayanacaq, Lonely Planet-in “Best in Travel 2024” siyahısına daxil edilən Egey dənizinin incisi İzmir şəhəridir. Burada bir çox tarixi abidələri ziyarət edə bilər, qış mövsümündə daha da olan cazibədar kəndləri kəşf edə bilərsiniz.
Məsələn, Urlada Michelin ulduzlu restoranlardan birində Egey mətbəxinin ləzzətlərini dadmaq, şərab marşrutundakı üzüm bağlarını ziyarət etmək və dünyanın ən qədim zeytun yağı emalatxanasını görmək mümkündür. Digər tərəfdən, BMT-nin Turizm Təşkilatı tərəfindən “Ən Yaxşı Turizm Kəndləri” siyahısına daxil edilən Şirince, orijinal atmosferi, ləzzətli meyvə şərabları və geniş zeytun bağları ilə qonaqlarını gözləyir. Yaxınlıqda yerləşən qədim Efes şəhəri isə səyahətinizə xüsusi bir cazibə qatacaq.
Daha bir isti məkan, il boyu mülayim iqlimi ilə məşhur olan Türk Rivierasının parlayan ulduzu Antalya şəhəridir. Bu mövsümdə şəhərdəki dəbdəbəli otellər istirahət üçün rahat SPA xidmətləri təqdim edir. Ardınca Aspendos kimi qədim şəhərləri, Köprülü Kanyon kimi təbii gözəllikləri ziyarət etmək və Belekdə qolf oynaya bilərsinizki yüksək səviyyəli qolf meydançalarında oynaya bilmək imkanı vardır. 
Qış idmanı ilə məşğul olmaq istəyənlər şəhər mərkəzindən cəmi bir saatlıq məsafədə yerləşən Saklıkent xizək mərkəzinə üz tuta bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:332
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Dekabr 2024 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri