Icma.az
close
up
RU
Türkiyənin daha böyük hədəfləri var

Türkiyənin daha böyük hədəfləri var

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


İstanbul Böyükşəhər Bələdiyyə sədri Ə.İmamoğlunun və onunla birlikdə 100 nəfərin həbsi ilə Türkiyədə yaranan siyasi gərginliyin tezliklə bitməsi gözlənilən deyil. Çünki məsələ göründüyü kimi heç də sadə və Türkiyə hüdudları daxilində deyil. Burda kənar güclərin də müdaxiləsinin və təsirinin də olduğunu söyləmək mümkündür. Aydındır ki, Türkiyənin Ərdoğan hakimiyyəti dönəmində böyüməsi və dünyanın güc mərkəzinə çevrilməsi bir sıra xarici dairələri ciddi şəkildə narahat edirdi. Xüsusən də son dönəmlər Ankaranın Suriyada hərbi və siyasi tərəfdən möhkəmlənəcək İsraillə quru sərhəddə olması bu dövlət üçün də arzuolunmaz hal yaratmışdı. Avrasiya və Afrikada Türkiyə ciddi şəkildə nüfuz sahiblərindən birinə çevrilmişdi. Bütün bunlar isə təbii ki seyriçi qalınacaq bir durum deyildi. Bununla belə Türkiyənin daha böyük hədəfləri var. Belə bir dönəmdə qəflətən İmamooğlu kartı dövrəyə sövq edilir və daxili gərginlik yaradılır. Bəziləri düşünür ki, AKP hakimiyyəti İmamoğlunu real və ciddi rəqib gördüyü üçün həbs etdirdi. Mən bu iddiaları əsaslı hesab etmirəm. Çünki İmamoğlunu həbsə atdırmaqla prezident Ərdoğan onun reytinqinin süni şəkildə sürətlə qalxmasına səbəb yaratmaz. Türkiyə prezidenti təcrübəli, ağıllı və çevik siyasətçi kimi belə bir riskə getməsi ağlabatan deyil. Demək ortada daha ciddi və dövlətçilik üçün problemlərə yol acacaq xüsusatlar olub. Müşahidəçilərin fikrincə İmamoğlu İstanbulu sanki muxtar bir qurumun rəhbəri kimi idarə edib və mərkəzi dövlət hakimiyyət orqanları ilə hesablamayıb bir çox hallarda. Özünüidarəetmə heç də muxtar idarəetmə anlamı demək deyil. Qələbələrdən baş gicəllənməsi, müəyyən nüfuzun olması iddiaları da artırır ancaq bu iddialar dövlətin təhlükəsizliyinə və varusliyinə risqlər yaratmamalıdır. Təbii ki istintaq və proseslərin gedişi həqiqətin üzə çıxararacaq və dərin qatlarda nələrin baş verdiyini aydınlaşdıracaq. CHP ənənələri olan siyasi partiyadır və orda heç də hamı liberal və kosmopolit düşüncəsində deyil. Başqan Özəlin mitinqlərdə bəzi fikirlərini bəyənməsəm də düşünürəm ki, bu yanlış hesab etdiklərim məqamlar sonradan təkrarlanmaz. O, siyasətçi və partiya rəhbəri kimi Türkiyəyə görə nə qədər məsuliyyət daşıdığının fərqindədir. Atatürkün partiyası adlandırılan CHPnin böyük öndərin yaratdığı Türkiyəyə qarşı çıxacağını onu zəiflətməyə səbəb yaradacağını düşünmürəm. Könül istərdi ki etirazlar da səngiyib regiondakı hazırkı həssaslıq və Türkiyənin durumu nəzərə alınaydı. Şübhə etmirəm ki belə də olacaq. Proseslərin bu cür axını onu nəzarətdən çıxara və arzuolunmaz istiqamətə aparardı. Buna isə qətiyyən yol vermək olmaz.
Əli Orucov, AMİP liderin köməkçisi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 08 Aprel 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri