Türkiyənin yeni hərbi hədəfləri... Ərdoğan açıqladı
Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara sammitinin ikinci gününün açılış nitqində bir çox məsələlərə toxunub.
"Bakupost" Publika.az-a istinadla xəbər verir ki, Ərdoğan Türkiyənin 2030-cu ildən əvvəl müdafiə xərclərinin ÜDM-dəki payını 3,5 faizə çatdırmağı hədəflədiyini bəyan edib.
Onun sözlərinə görə, təhlükəsizlik və dayanıqlılıq sahəsində ayrılan vəsait artıq 1,5 faizə çatıb və ölkə 5 faizlik hədəfə 2035-ci ildən beş il əvvəl nail olmağı planlaşdırır.
Ərdoğan qeyd edib ki, Türkiyə müdafiə sənayesində istehsal və ixrac gücünə görə dünyanın ilk 10 ölkəsi sırasına daxil olub. O, həmçinin NATO qarşısında götürülən 361 hədəfin demək olar ki, hamısının vaxtından əvvəl yerinə yetiriləcəyini bildirib.
Türkiyə lideri əlavə edib ki, "Polad qübbə" hava və raketdən müdafiə layihəsinə 24 milyard dollar əlavə vəsait ayrılıb və Türkiyə NATO-nun əməliyyat və missiyalarına töhfə verməyə davam edəcək.
“Avropada ən böyük quru ordusuna sahib ölkə olaraq, ehtiyac duyulan ərazilərdə imkanlarımızı alyansın xidmətinə verməyə çalışırıq. Kosovo, Qara dəniz, Baltikyanı və digər coğrafi ərazilərdə alyansın əməliyyatlarına, missiyalarına və təlimlərinə töhfə verən aparıcı müttəfiqlər arasındayıq. Real döyüş zonalarında PUA-lardan və UCAV-lardan uğurla istifadə edən müttəfiq olaraq, yaradılmasını nəzərdə tutduğumuz Pilotsuz Sistemlərə Qarşı Mübarizə Mükəmməllik Mərkəzinin NATO tərəfindən akkreditə olunmasına ümid edirik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 08 İyul 2026 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















